Şəhid şair Ülvi Bünyadzadə Daşkəsəndə yad edilib

 

Dillər Universitetinin bir qrup müəllim tələbə heyəti 20 Yanvar şəhidi, universitetin tələbəsi olan nakam şair Ülvi Bünyadzadənin 40 illiyi münasibəti ilə onun vaxtilə təhsil aldığı Daşkəsən şəhər 1 saylı orta məktəbinə səfər ediblər. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, səfərə çıxan heyətdə şəhidin atası Yusif Bünyadzadə, Dillər Universitetinin Təlim-tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Fəlsəfə kafedrasının professoru Məhəmməd Teymurlu, ali təhsil müəssisəsində fəaliyyət göstərən Ülvi Bünyadzadə adına muzey-lektoriyasının müdiri Könül Əsgərova da qatılıb. Anım mərasimində Daşkəsən şəhər icra hakimiyyətinin əməkdaşı Sahib Əhmədov, şəhər təhsil şöbəsinin müdiri Nazim Verdiyev, 1 saylı orta məktəbin direktoru Tahirə Əsədova, vaxtilə Ülvi Bünyadzadəyə dərs deyən müəllimlər, şəhidin sinif yoldaşları məktəbin şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru T.Əsədova Ülvi Bünyadzadənin çox fəal şagird kimi yadda qaldığını bildirib. Ə.Əliyev digər çıxış edənlər isə Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizədə minlərlə oğul qızını şəhid verdiyini, Ülvi Bünyadzadənin məhz belə vətənpərvər, cəsur oğullardan olduğunu vurğulayıblar.

Tədbirdə 1 saylı orta məktəbin şagirdlərinin ifasında Ülvi Bünyadzadəyə həsr olunan şeirlər səsləndirilib. Sonda çıxış edən Yusif Bünyadzadə Dillər Universitetinin rəhbərliyinə və Daşkəsən şəhər 1 saylı orta məktəbə şəhid övladının xatirəsini uca tutduqlarına görə minnətdarlığını bildirib.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2009.- 2 iyul.- S.7.