Kinorejissor Əjdər
İbrahimov xatırlanıb
Azərbaycanın dəyərli kino
xadimi, xalq artisti, rejissor Əjdər İbrahimovun anadan olmasının 90 illiyi ilə bağlı sənətkarın
anım günü keçirilib. Mərasim iştirakçıları
Fəxri Xiyabanda rejissorun məzarını
ziyarət ediblər. Dövlət
Film Fondunun direktoru Cəmil Quliyev və başqa kino xadimləri rejissorun həyat və yaradıcılıq yoluna
nəzər salıblar.
Ə.İbrahimovun bioqrafiyası
barədə bildirilib
ki, o, 1919-cu ildə Aşqabadda dünyaya gəlib, 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə
Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya
İnstitutunun kinorejissorluq fakültəsini
bitirib. İkinci Dünya müharibəsinin
iştirakçısı olan
rejissor 1954-1959-cu illərdə
Bakı kinostudiyasında
işləyib. 1959-1962-ci illərdə
Vyetnamda ilk milli kino məktəbinin
yaradılması, aktyor
və rejissor kadrların hazırlanmasında
fəal iştirak edib. 1962-ci ildən "Mosfilm" kinostudiyasında
çalışıb.
Çıxış edənlər
ilk dəfə olaraq Aşqabadda "Firuzə" və
"Xəzərin sahilində" sənədli filmlərini
çəkmiş kinorejissorun Azərbaycanda
tamaşaçıların rəğbətini qazanan "Bir
məhəlləli iki oğlan", "Onun böyük
ürəyi", "Ulduzlar sönmür" və başqa
maraqlı ekran əsərləri yaratdığını qeyd
ediblər.
SARA