Nəşriyyat rəhbərlərinin Ümumrespublika Müşavirəsi olub

 

M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən nəşriyyat poliqrafiya müəssisələri rəhbərlərinin Ümumrespublika Müşavirəsi keçirilib. APA-nın məlumatına görə, mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, məqsəd ölkədə fəaliyyət göstərən nəşriyyat poliqrafiya müəssisələrinin fəaliyyəti ilə tanışlıq, mövcud problemlərin müzakirəsi, eyni zamanda kitab yaradıcılığı sahəsində geniş əməkdaşlığa nail olmaqdır: "Hazırda Azərbaycanda çox sayda nəşriyyat fəaliyyət göstərir. Ancaq təəssüf ki, nəşriyyatlarda çap olunan kitablar kitabxanalara verilmir. Halbuki "Nəşriyyat haqqında" qanuna görə, hər nəşriyyat çap etdiyi dörd kitabı kitabxanalara verməlidir".

Ə.Vəliyev nazirliyin 10 nəşriyyatla əməkdaşlıq etdiyini onların buraxdığı nəşrlərdən xəbərdar olduğunu söyləyib. Son illər Azərbaycanda kitab çapı sahəsində irəliləyişlər olduğunu diqqətə çatdıran nazir müavini, xarici ölkələrdə keçirilən sərgi-yarmarkalarda Azərbaycan kitablarının sərgilənməsini buna misal göstərib.

Müşavirədə nəşriyyat və çap evlərinin rəhbərləri də çıxış edərək, fikir və mülahizələrini bölüşüblər, problemlərin həlli istiqamətində təkliflər veriblər.

Toplantı ilə əlaqədar Milli Kitabxana Mədəniyyət və Turizm Nazirliyinin 2006-2009-cu illərdə nəşr etdirdiyi kitabların sərgisini keçirib.

 

 

525-ci qəzet.- 2009.- 2 iyul.- S.7.