Sumqayıt sənətkarları "Xəzərin rəngləri"ni təqdim edir
Muzey Mərkəzində
Sumqayıt rəssamları
və xalq tətbiqi sənəti ustalarının işlərindən
ibarət "Xəzərin
rəngləri" mövzusunda
sərginin açılış
mərasimi keçirilib.
Mədəniyyət və
Turizm Nazirliyinin Sumqayıt şəhər
icra hakimiyyəti ilə birlikdə təşkil etdiyi sərgi şəhərin
60 illik yubileyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində açılıb.
Açılış mərasimində
çıxış edən şəhər icra hakimiyyətinin
başçısı Vaqif Əliyev Sumqayıtın
inkişafında ümummilli lider Heydər Əliyevin rolunu
xüsusi vurğulayaraq, şəhərin tarixinin
yarısından çoxunun bu görkəmli dövlət
xadiminin adı ilə bağlı olduğunu qeyd edib. İcra
başçısı prezident İlham Əliyevin
Sumqayıtın 60 illik yubileyinin qeyd edilməsi barədə
imzaladığı sərəncamın sumqayıtlılar tərəfindən
məmnunluqla qarşılandığını önə
çəkib.
Mədəniyyət və
Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov, Rəssamlar
İttifaqının katibi, professor Ağəli İbrahimov,
Sumqayıt Mədəniyyət və Turizm İdarəsinin rəisi
Namiq Qafarov və başqaları paytaxtdan kənarda yaşayan
sənətkarların işlərinin təbliğatının
əhəmiyyətindən söz açıblar.
Sərgidə qonaqlar
müxtəlif mövzularda 132 rəsm əsəri ilə
tanış olublar. Müəlliflər - Vaqif Nəzirov,
İntiqam Ağayev, Eldar Rəşidov, Nizami Dadaşov,
Aydın Əsgərov, Vüqar Quliyev, Toğrul Ağayev,
Xatirə Tapdıqova və Ellada Rəşidova öz əsərləri
barədə danışıblar,
yaradıcılıqlarından söz açıblar. Əsərlərin
nümayişi zamanı salonlarda kamera musiqisi səsləndirilib.
Sərgi iyulun 3-dək
davam edəcək.
SARA