"Riyaziyyat gözəldir: Anlamanın sevinci kədəri" işıq üzü görüb

 

Dünən Kitab Klubunda Türkiyənin Sakarya Universitetinin professoru İsmixan Yusubovun "Riyaziyyat gözəldir: Anlamanın sevinci kədəri" kitabının təqdimatı keçirilib. Mərasimi giriş sözü ilə açan Klubun direktoru Elxan Rzayev kitab haqqında məlumat verib: "7 Rəng Basın-Yayın Filmçilik" tərəfindən İstanbulda nəşr olunan kitaba ön sözü Türkiyənin tanınmış filosofu Sait Başer, son sözü isə "Bilim Gelecek" jurnalının baş redaktoru Ender Helvacıoğlu yazıb. Müəllifin riyaziyyat, təhsil, elm tarixi fəlsəfəsi, eləcə digər sahələrlə bağlı son illərdə qələmə aldığı məqalələr bu kitaba daxil edilib. Riyaziyyatla bağlı bölümdə sonsuzluqlar aləmində sayma məsələsi, məşhur riyaziyyatçıların uşaqlığı, bərabərsizliklərin dəyəri riyaziyyatdakı önəmi kimi mövzular haqqında maraqlı mülahizələr yer alıb. Bilim tarixi bölümündə türk riyaziyyatçısı Cahit Arf, hindistanlı Sirinivaza Ramanucan haqqında diqqətçəkən hekayələrlə yanaşı, Peterburq Moskva riyaziyyat məktəblərinin tarixindən bəhs olunur".

İsmixan Yusubov "Təbii hekayələr" adlı son bölümdə yer alan yazılardan söz açıb: "Böyük alim və mütəfəkkir Xudu Məmmədovun xatirəsinə həsr edilmiş "Təbiətin keyfiyyət möhrü - simmetriya" adlı məqalə təbiətdə geniş yayılmış simmetriya hadisəsinin müxtəlif elm sahələrindəki aparıcı rolundan bəhs edir". Kitabdakı "Molla Nəsrəddindən alınacaq didaktik dərslər" məqaləsində lətifələrin güldürücü yönü ilə yanaşı, düşündürücü tərəflərinə də toxunulur. "Riyaziyyatın roman və faciə yönləri" adlı son yazıda isə riyazi məsələlər göz oxşayan rənglərə malik kəpənəklərlə müqayisə olunur.

Qeyd edək ki, İ.Yusubov "Dosta məktub", "Postskriptum", ali məktəb tələbələri üçün "Xətti cəbrin əsasları", "Riyazi fizika üçün qoyulmuş tipik məsələlərin həllinə dair metodiki göstəriş" adlı kitabların da müəllifidir.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2009.- 3 iyul.- S.7.