"Leyli və Məcnun" iyul ayının xalçası seçilib
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi "Ayın xalçası" layihəsini
davam etdirir. Muzeyin direktoru Röya Tağıyevanın
APA-ya verdiyi məlumata görə,
"Leyli və Məcnun" adlı xalçaçılıq nümunəsi
iyul ayının xalçası seçilib.
Muzey rəhbərinin sözlərinə görə,
sözügedən layihə
bu ildən başlanılıb. Layihənin
ilin sonuna kimi davam edəcəyini
qeyd edən R. Tağıyeva muzeyə gələnlərə orada
sərgilənən xalçalara
baxmaq üçün
geniş imkan yaradıldığını vurğulayıb.
Hər ayın xalçası isə muzeyin fondunda saxlanılan xalçalar arasından seçilir. Qeyd edək ki, bu layihə
çərçivəsində fevral ayının xalçası "Borçalı",
aprelinki "Ovçuluq"
olub. May ayında "Qoca", iyunda isə "Alpan-Quba" xalçasına
üstünlük verilib.