Tanınmış pianoçu Adilə
Əliyeva ilə görüş olub
Musiqi Mədəniyyəti Muzeyində
Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, Azərbaycanın
əməkdar artisti, istedadlı pianoçu Adilə Əliyeva ilə görüş keçirilib.
Tədbirə sənətkarın
həyat və fəaliyyətini əks etdirən, fransız
dilində çəkilmiş "Musiqi ilə yaşamaq"
sənədli filminin nümayişi ilə start verilib. Sonra
muzeyin direktoru Alla Bayramova dünyanın ən nüfuzlu
konsert salonlarında məharətlə çıxış
edən tanınmış pianoçunun
yaradıcılığından danışıb: "Hazırda
Fransada yaşayan musiqiçi Bakı şəhərində
dünyaya gəlib. 5 yaşından piano ifa edən Adilənin
6 yaşındaykən radioda ilk çalğısı səslənib.
O, "Dostluq melodiyaları" sənədli filmində
Niyazinin rəhbərliyi ilə Şostakoviçin ikinci
konsertini ifa edib. Sonradan Adilə Əliyeva Moskvaya köçərək
orada Çaykovski adına Moskva Konservatoriyasını fərqlənmə
diplomu ilə bitirib".
Qarayev, E.Denisov,
P.Çaykovski kimi bəstəkarların əsərlərinin
ifaçısı olan A.Əliyeva üçün
R.Şedrin, D.Bayers, V.Mustafazadə, R.Mirişli, A.Dadaşov əsərlər
həsr ediblər.
Tədbirdə
çıxış edən bəstəkar Oqtay Rəcəbov,
Bəstəkarlar İttifaqının məsul katibi Lalə
Hüseynova, jurnalist Qalina Mikeladze, Rostropoviçlər
muzeyinin direktoru Ş.Heydərova və digər qonaqlar indiyədək
30 kompakt diski buraxılan pianoçunun sənət yolu barədə
fikirlərini bölüşüblər.
Onlar İngiltərə,
Almaniya, Belçika, Hollandiya, Danimarka, İsveç,
İsveçrə, Norveç, Finlandiya, İslandiya və
başqa ölkələrin televiziya və radiolarında A.Əliyeva
haqqında verilişlər hazırlandığını, mətbuatda
məqalələr dərc olunduğunu qeyd ediblər.
Görüşdə A.Əliyeva
yeni yaradıcılıq planlarından söhbət
açıb və sonda dünya klassiklərinin əsərlərindən
parçalar ifa edib.
SARA
525-ci qəzet.- 2009.- 4 iyul.- S.23.