Qubada "Doğma diyar uşaqların gözü ilə" sərgisi açılıb

 

Azərbaycanda 2009-cu ilin Uşaq İli elan edilməsi ilə əlaqədar Quba rayonunda "Doğma diyar uşaqların gözü ilə" adlı foto-rəsm sərgisi keçirilib. APA-nın şimal bürosunun xəbərinə görə, tədbir Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə gerçəkləşib. Sərgidə Xızı, Siyəzən, Quba, Xaçmaz Qusar rayonlarından olan məktəbli istedadların 150-dək əl işi nümayiş etdirilib. Vətənpərvərlik təbiət mövzusuna həsr olunan ən yaxşı əl işlərinin bu yaxınlarda Bakıda keçiriləcək ümumrespublika sərgisində nümayişi, eləcə məktəblilərin "Qarabağ" mövzusunda hazırladığı rəsm əsərlərindən ibarət yeni internet saytının yaradılması qərara alınıb.

 

    

525-ci qəzet.- 2009.- 4 iyul.- S.23.