Azərbaycanlı ifaçı Türkiyədəki festivalda gümüş medal qazanıb

 

Sumqayıtdakı Qara Qarayev adına musiqi məktəbinin şagirdi Gülzar Fərəcova Türkiyədə keçirilən beynəlxalq musiqi festivalında gümüş medala layiq görülüb. Ankaradakı Topqapı salonunda keçirilən konsertdə "Asiyanın qızıl səsi" fəxri adı ilə mükafatlandırılmış G.Fərəcova daha sonra İstanbulda ikinci yerə sahib olub. Laureatın dediyinə görə, o, əvvəlcə möhtəşəm final konsertindən öncəki seçim mərhələlərində iştirak edib Azərbaycandan olan 5 iştirakçı sırasından musiqi yarışının həlledici mərhələsinə keçib. Türkiyənin incəsənət xadimlərindən ibarət münsiflər heyətinin qərarı ilə G.Fərəcova 115 ölkənin nümayəndələrinin qatıldığı VII Beynəlxalq türk olimpiadasına vəsiqə qazanıb.

Gənc ifaçı Türkiyənin Kayseri, Adana, Ceyhan şəhərlərindəki konsertlərə qatılıb, qardaş ölkə telekanallarının efirində çıxış edib.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 9 iyul.- S.7.