Tahir Salahov Fransada nüfuzlu mükafatla təltif edilib

 

Fransa İncəsənət Akademiyasında görkəmli fırça ustası, xalq rəssamı, Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti Tahir Salahova bu ölkənin ən nüfuzlu mükafatlarından biri sayılan "İncəsənət ədəbiyyat" ordeninin "Zabit" dərəcəsi təqdim olunub. Azərbaycan Mədəniyyət Turizm Nazirliyindən verilən məlumata görə, mərasimdə Fransa İncəsənət Akademiyasının katibi Arno Doteriv çıxışında T.Salahovun Şərq Qərb mədəniyyətini öz yaradıcılığı ilə zənginləşdirdiyini vurğulayaraq, mükafatı rəssama təqdim edib. Tədbirdə çıxış edənlər böyük rəssamlıq istedadı çoxdan bütün dünyada etiraf olunan Tahir Salahovun yaradıcılığından söz açıblar, əsərlərinin milli bənzərsizliyini, ciddiliyini önə çəkiblər.

T.Salahov mərasimdəki çıxışında Fransa İncəsənət Akademiyasının üzvü Raymond Süb tərəfindən təsis edilən indiyədək dünyanın ən tanınmış sənət ustalarına verilən mükafatla təltif olunduğuna görə minnətdarlığını bildirib. Sənətkar Fransaya hər səfərinin onda dərin təəssürat yaratdığını qeyd edib. Rəssam Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 80 illik yubileyinin keçirildiyini, "Heydər Əliyev Ordeni"lə mükafatlandırıldığını, ölkənin birinci xanımı Mehriban Əliyevadan böyük diqqət gördüyünü vurğulayıb.

Təqdimat mərasimində Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəsi səfir Eleonora Hüseynova, ölkəmizin Fransadakı səfiri Tarik Əliyev iştirak ediblər.

Qeyd edək ki, boyakarlıq sənətində özünəməxsus səhifə açan Tahir Salahovun təkrarsız yaradıcılıq nümunələri dünyanın ən məşhur muzeylərində, şəxsi kolleksiyalarda saxlanılır. Həmin əsərlər ona dünya şöhrəti çox sayda nüfuzlu mükafat qazandırıb. O, Rusiya başqa bir sıra ölkələrin rəssamlıq akademiyaları ilə yanaşı, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür. T.Salahov həm ABŞ-ın bir neçə şəhərinin Montana ştatının fəxri vətəndaşıdır.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 9 iyul.- S.7.