Hüseyn Arifin 85 illiyi qeyd edilib

 

Dövlət Musiqili Komediya Teatrında xalq şairi Huseyn Arifin anadan olmasının 85 illik yubileyilə əlaqədar xatirə gecəsi keçirilib. Mərasimdə çıxış edən akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvü Nizami Cəfərov başqaları şairin həyat fəaliyyətindən danışıblar.

Bioqrafik məlumatda bildirilib ki, Hüseyn Arif 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yenigün kəndində dünyaya gəlib. Bakı Pedaqoji Məktəbini, ADU-nun şərqşünaslıq fakültəsini, Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib. Xarici ölkələrlə Dostluq Mədəni Əlaqələr Azərbaycan cəmiyyətində şöbə müdiri, "Azərnəşr" böyük redaktor, Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində işləyib. H.Arifin librettosu əsasında 1957-ci ildə "Azad" tamaşası Opera Balet Teatrında, "Yolda" poeması əsasında yazdığı eyniadlı pyesi isə 1974-cü ildə Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib. Əsərləri keçmiş SSRİ bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Şeirlərinə çox sayda mahnı bəstələnib. Şairin "Sən mənimlə get", "Qocalan deyiləm", "Söylə, yadındamı?", "Ömür gözləsə", "Ömür deyir", "Dilqəm", "Ayrı düşəli" başqa 30-a yaxın şeir poemalar kitabı maraqla qarşılanıb. Mərasimdə H.Arif haqqında gözəl şair, orijinal xarakterli, səmimi xeyirxah insan kimi geniş söz açılıb. Tədbirin sonunda incəsənət ustaları, aşıqlar şairin sözlərinə yazılmış mahnıları ifa ediblər, bədii qiraət ustaları onun ən çox sevilən şeirlərini səsləndiriblər.    

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 10 iyul.- S.7.