Sirliqalanın yaxınlığında qədim sənətkarlıq məhəlləsi tapılıb

 

Bərdə Gəncə şəhərlərinin ticarət yolunun üstündə yerləşən, V əsrə aid, el arasında Sirliqala kimi tanınan tikilinin yerləşdiyi ərazidə arxeoloqlar tərəfindən sənətkarlıq məhəlləsi emalatxana sexi aşkar olunub. Bu barədə məlumat verən AMEA Arxeologiya Etnoqrafiya Institutunun şöbə müdiri Arif Məmmədov ərazidə həmçinin V IX əsrə aid xeyli sayda nümunə, o cümlədən Atabəylər, Hülakilər kimi bir sıra sülalələrin hakimiyyəti dövrünə aid sikkələr tapıldığını da qeyd edib. Burada eləcə XIII əsrə aid monqol hərbi düşərgəsi aşkarlanıb.

A.Məmmədov burada torpaq qatının kül rəngdə olmasını monqolların Şutur şəhərini işğal etdikdən sonra tamamilə yandırdığı ilə əlaqələndirib. Şöbə müdiri həmçinin monqolların ərazidə Çin səddinə oxşar sədd tikdiyini, onların bu ərazilərdə məskunlaşmasının azərbaycanlıların hərbi sənətkarlıq sahəsinə marağını daha da artırdığını bildirib. Bu kimi tədqiqatların tariximizin öyrənilməsi üçün vacib olduğunu vurğulayan A.Məmmədov ərazidə işlər yekunlaşdırıldıqdan sonra Naxçıvan Ağcabədidə arxeoloji tədqiqatlar aparılacağını deyib.

  

 

SARA

 

525-ci qəzet.- 2009.- 10 iyul.- S.7.