Məlik Dadaşovun şəxsi arxivi Dövlət Film Fonduna təqdim olunub

 

Azərbaycanın xalq artisti Məlik Dadaşovun şəxsi arxivi Dövlət Film Fonduna verilib. Fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, aktyorun şəxsi arxivi onun qızı Gülnarə Dadaşova tərəfindən təqdim edilib. Artıq fondun arxivinə daxil olan fotolar sənədlərin M. Dadaşovun adı ilə bağlı olan müxtəlif tədbirlərdə istifadəsi gözlənilir.

Bununla yanaşı, bu günlərdə əməkdar artist Atamoğlan Rzayevin oğlu tərəfindən onun şəxsi arxivi fonda gətirilib. A.Rzayevin şəxsi arxivində onun müxtəlif illərdə çəkdirdiyi fotolar, haqqında maraqlı yazılar sənədlər var.

 

 

525-ci qəzet.- 2009.- 10 iyul.- S.7.