"Oğuz yurdu"
qəzetinin 75 yaşı
qeyd edilib
Oğuz şəhər
Mədəniyyət Mərkəzində
22 iyul Milli Mətbuat günü və "Oğuz yurdu" qəzetinin ilk nömrəsinin çapdan çıxmasının
75 illiyinə həsr olunmuş mərasim keçirilib. Sözügedən
mərkəzdən qəzetimizin
əməkdaşına verilən
məlumata görə,
tədbir iştirakçıları
əvvəlcə ümummilli
lider Heydər Əliyevin adını daşıyan parka gələrək, ulu öndərin abidəsini ziyarət ediblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Aydın
Əlihüseynov mətbuat
işçilərini əlamətdar
bayram münasibətilə
təbrik edərək,
təməli 134 il əvvəl - 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən
qoyulmuş Azərbaycan
milli mətbuatının zəngin ənənələri
barədə söz açıb: "Ölkəmizdə
söz və mətbuat azadlığının
bərqərar olmasında
ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini xüsusilə qeyd etmək lazımdır".
İcra başçısı
75 yaşı tamam olan "Oğuz yurdu" qəzetinin rayonun ictimai-siyasi həyatındakı
fəal rolundan danışaraq əməkdaşların
gələcək fəaliyyətlərində
də uğurlar əldə etməsini arzulayıb.
Sonda qəzetin əməkdaşlarına
rayon icra hakimiyyətinin fəxri fərmanları və YAP
rayon təşkilatının hədiyyələri təqdim
edilib.
SARA