Xaçmazda regional sərgi açılıb
Xaçmaz şəhərində keçirilən I Ümumrespublika dekorativ-tətbiqi sənət festivalı çərçivəsində sonuncu regional sərginin açılışı olub. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgidə Xaçmaz, Dəvəçi, Xızı, Siyəzən, Quba, Qusar, Şamaxı, Hacıqabul və Qobustan rayonlarında yaşayan dekorativ-tətbiqi sənət ustalarının əsərləri nümayiş etdirilib. Nazirlikdən verilən məlumata görə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nazim Ağayev və başqaları tədbirdə çıxış edərək, tədbirin əhəmiyyətini vurğulayıblar. Ə.Vəliyevin rəhbərliyi ilə Xaçmaza səfər edən festivalın təşkilat komitəsinin üzvləri nümayiş olunan əsərlərə baxış keçirib. Mərasimdə ən yaxşı əl işləri Bakıda keçiriləcək yekun sərgidə nümayiş etdirilmək üçün müəyyənləşdirilib.
SARA