Orxan Pamukun "Gizli üz"ü Azərbaycan dilində

 

"525 KİTAB" SERİYASINDAN YENİ NƏŞR OXUCULARA TƏQDİM OLUNUB

 

Bu ilin yanvar ayından nəşrə başlayan "525 kitab" seriyasından növbəti - 6-cı kitab işıq üzü görüb. "Mütərcim" nəşriyyatında çap olunan kitaba məşhur türk yazıçısı Orxan Pamukun "Atamın çemodanı" (tərc. Səlim Babullaoğlu) adlı Nobel nitqi, "Gizli üz" (tərc. Arif Əmrahoğlu Paşa Əlioğlu) kinossenarisi daxil edilib. "Gizli üz" əsasında çəkilmiş film Türkiyədə keçirilən "Altun portağal" film festivalının Avropanın nüfuzlu kinofestivallarının ali mükafatlarını qazanıb. "Cövdət bəy oğulları", "Səssiz ev", "Qara kitab", "Mənim adım Qırmızı", "Qar", "İstanbul: şəhər, xatirələr", "Məsumiyyət muzeyi" başqa əsərlərin müəllifi Orxan Pamukun indiyədək Azərbaycan dilində "Qar" "Mənim adım Qırmızı" romanları çap olunub.

Ədibin Nobel nitqi maraqlı avtobioqrafik esse olmaqla yanaşı, milli kimliyi bəzən yersiz suallar doğuran böyük yazıçıya bu mənada haqq qazandırır.

Xatırladaq ki, "525 kitab" seriyasından indiyə kimi İosif Brodskinin, Anarın, Şota İataşvilinin, Elçinin, Xocalı faciəsinə həsr olunmuş xüsusi buraxılış kimi Ədalət Əsgəroğlunun kitabları nəşr edilib. Söhrab Sipehrinin, Boris Pasternakın, Mişel Uelbekin, Çingiz Abdullayevin, Ramiz Rövşənin, Səlim Babullaoğlu və İlqar Fəhminin də kitablarının bu seriyadan nəşri planlaşdırılır. Seriyanın rəhbəri "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, baş redaktoru isə şair Səlim Babullaoğludur.

 

  

HÜSNİYYƏ

 

525-ci qəzet.-2009.- 4 iyun.- S.7.