Şanlı hərb tariximizi özündə yaşadan
kitab
YAZIÇI-PUBLİSİST ŞƏMİSTAN NƏZİRLİNİN
"1920-Cİ İLDƏ QARABAĞ DÖYÜŞLƏRİ"
ADLI YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
"Böyüklərini tanımaq hər millətin borcudur. Kimsə kimsəyə "Sən atanı tanıma, sən babalarının dünyadan necə gəlib keçdiklərini
öyrənmə, sən
əski atalarının
adlarına, sanlarına
maraq göstərmə!"-deyə
bilməz. Deyərsə, ən təbii bir haqqa toxunmuş
və ən böyük bir haqsızlıq etmiş olar. Özünü və öz
böyüklərini tanımağa
çalışmaq millətin
vəzifəsidir; bunu
etməyən bir millət nümayəndəsi
milli vəzifələrini
yerinə yetirməmiş
hesab olunur". Görkəmli türk alimi
Bəsim Atalayın söylədiyi bu fikir Azərbaycanın hərb tarixinin araşdırıcısı Şəmistan
Nəzirlinin yenicə
işıq üzü
görmüş "1920-ci ildə Qarabağ döyüşləri" kitabında
ön söz əvəzi olaraq verilib. Kitabda Azərbaycan sərkərdələrinin
Port-Artur, Birinci dünya müharibəsi və 1920-ci ilin mart ayında daşnak ermənilərinə qarşı
apardıqları ölüm-dirim
döyüşlərini tarixi
faktlar əsasında qələmə alıb.
Xalqımızın şanlı qəhrəmanlıq
tarixini yaşatmaq, milli mənliyimizi qorumaq baxımından böyük əhəmiyyət
daşıyan kitabın
ilk fəslində 1918-1920-ci illərdə Azərbaycan
Demokratik Cümhuriyyətinin
hərbiyyə naziri olmuş tam artilleriya generalı Səməd bəy Mehmandarovun və onun müavini
general Əliağa Şıxlinskinin
milli ordu quruculuğu sahəsindəki
fəaliyyətləri də
geniş işıqlandırılıb.
General-mayor Həbib bəy Səlimovun, polkovnik Bəhram bəy Nəbibəyovun unudulmaz xidmətlərindən
söhbət açılıb.
Gürcü və ermənilərin
sahib çıxmaq istədikləri
azərbaycanlı Yadigaroğulları
haqqında Sankt-Peterburq,
Kitabın ikinci fəslində 1920-ci illərin sərkərdə qurbanları olan Generallar Murad Gəray bəy Tlexas, Həbib bəy Səlimov, Məmməd bəy Sulkeviç, Hüseyn xan Naxçıvanski və İbrahim ağa Usubov haqqında arxivlərdə olan materiallardan danışılıb. "Qacar nəslinin general oğulları" adlanan üçüncü fəsildə isə digər Oğuz tayfaları kimi Yaxın və Orta Şərq tarixində Qacar oğullarının da oynadığı mühüm roldan, bu nəslin general oğllarından, eləcə də generalların yaşadığı dövrdə cərəyan edən hadisələrdən, onların həyat və fəaliyyətlərindən geniş bəhs olunub. Fəslin başlanğıcında qeyd edilib ki, İmperiya və cümhuriyyət dövründə Naxçıvan Kəngərlilərindən beş, Bakıxanovlardan üç, Yadigarovlardan dörd, Cavanşirlərdən dörd, Talışxanovlardan beş, Şıxlinskilərdən üç, Qacarlardan səkkiz nəfər general yetişib. Qacarların gücü ilə Azərbaycan Səfəvi dövlətinin təməl daşı qoyulub. Qarabağ və Gəncə bəylərbəyliyini bu tayfanın sərkərdələri idarə ediblər. Məhz bu nəslin yeddi oğlu 1769-cı ildən 1925-ci ilə kimi İran şahı olublar. 1804-cü ildən işğalçı rus ordusuna qarşı illərlə qəhrəmanlıqla döyüşlər aparan İrəvan sərkərdəsi şahzadə Həsən xan, gəncəli Cavad xan da bu nəslin nümayəndələri olublar.
Kitabın dördüncü fəslində 1937-ci ilin repressiya qurbanı olan generallar barədə ətraflı məlumat verib. O, generallar Qambay Vəzirovun, Cəmşid bəy Naxçıvanskinin, Heybət Heybətovun, komissarlar Heydər Vəzirovun, Sarı Şəmistanın (Əyyubov), polkovniklər Qalib bəy Vəkilovun, Agahı Məmmədin, Əbülfət ağa Şahtaxtınskinin ömür yoluna işıq salıb. Onların başına gətirilən müsibətlərdən danışıb. Bununla yanaşı, müəllif Nuru Paşanın Qafqaz yürüşü barədə də oxuculara geniş məlumat verib.
Ümumiyyətlə, Şəmistan Nəzirlinin "1920-ci ildə Qarabağ döyüşləri" kitabında ulu və zəngin hərb tariximizin indiyədək oxucu nəfəsi duymayan səhifələrindən, XIX-XX əsrlərdə yaşamış generallarımızın ömür və döyüş yollarından söhbət açılıb. Xalqımızı manqurtlaşdırmaq, onun igidlik tarixini saxtalaşdırmaqla qan yaddaşımızı silmək istəyən sovet totalitar rejiminin arxivlərdə gizlətdiyi "Tamamilə məxfi" qrifli sənədləri müxtəlif fotoşəkillər vasitəsilə oxuculara çatdırılıb. Müəllifin öz dili ilə desək, "müxtəlif arxiv materialları əsasında qəhramanlarımızın həyatına, igid əməllərinə çıraq tutulub". Ümidvarıq ki, yazıçı-publisist, müdafiə nazirliyinin hərbi-elmi tədqiqatlar idarəsinin baş zabiti, polkovnik-leytenant Şəmistan Nəzirlinin bu kitabı da oxucularımız tərəfindən seviləcək və gəncliyə bir örnək kimi qəbul ediləcəkdir.
Rufik İSMAYILOV