Bakı Slavyan
Universitetində akademik
Məmməd Ariflə
bağlı guşə
yaradılıb
Dünən Bakı Slavyan Universitetində (BSU) görkəmli
ədəbiyyatşünas akademik "Məmməd Arif Dadaşzadə guşə"sinin açılış
mərasimi keçirilib.
Qeyd edək ki, bir müddət
əvvəl Məmməd
Arif Dadaşzadənin
şəxsi kitabları
ailə üzvləri
tərəfindən BSU-nun
kitabxanasında hədiyyə
olunub. Mərasimdə
BSU-nun rektoru, professor Kamal Abdulla çıxış
edərək, M.A.Dadaşzadənin
elmi yaradıcılığından
söz açıb. Müasir ədəbi fikrin formalaşmasında Məmməd Arifin xüsusi rolu olduğunu qeyd edən rektor onun kitablarını milli ədəbiyyata və mədəniyyətə
layiqli töhfə kimi dəyərləndirib.
BSU kitabxanasına hədiyyə
etdikləri kitablara görə akademikin nəvələri Zümrüd
xanıma və Aqşin müəllimə
minnətdarlığını bildirən K.Abdulla bu əsərləri universitetə verilən dəyərli əmanət
adlandırıb.
Tədbirdə Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar, akademik Bəkir Nəbiyev,
professor Şirməmməd Hüseynov da çıxış
edərək, M.A.Dadaşzadə ilə bağlı xatirələrini,
onun elmi irsi barədə fikirlərini bölüşüblər.
M.A.Dadaşzadənin nəvəsi
Zümrüd xanım kitablar üçün xüsusi guşə
ayrıldığına görə universitet rəhbərliyinə
təşəkkür edib. Kitabların BSU-ya təqdim
olunmasının səbəbini açıqlayarkən bildirib
ki, Məmməd Arifin yaradıcılığında Azərbaycan
ədəbiyyatı ilə yanaşı, rus ədəbiyyatının
da tədqiqi geniş yer tutub.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2009.- 5 iyun.- S.7.