"26 Bakı komissarı" haqqında həqiqətlərin uğurlu ekran təcəssümü

 

Ötən gün Dövlət Mədəniyyət İncəsənət Universitetinin (ADMİU) Tədris Teatrında "Əfsanənin əks üzü" seriyasından "26 Bakı komissarı" sənədli filminin təqdimatı keçirilib. Rusiya Federasiyasının (RF) "Studiya Kinoprodukt" şirkətinin istehsal etdiyi sənədli flimin aparıcısı Rusiyanın məşhur kino ulduzu Aleksandr Nosik, redaktoru Olqa Ditrixdir. Film rejissor Roman Otrıba operator İvan Rozovun quruluşunda ərsəyə gəlib. Ekran əsərinin elmi ekspertləri Rusiyanın hərb tarixçiləri Dmitri Fost, Vyaçeslav Zvyagintsevlə yanaşı, azərbaycanlı alim, filologiya elmləri namizədi Asif Rüstəmlidir. Sənədli filmdə 26 Bakı komissarı haqqında geniş ictimaiyyətə bəlli olmayan faktlar iyirminci əsrin əvvəllərində neft bumu yaşayan Bakının fonunda tamaşaçılara təqdim olunub. Ekran əsərində başda S.Şaumyan olmaqla bolşevik cildinə girmiş erməni daşnaklarının azərbaycanlılara qarşı soyqırımı aktı törətməsi faktı öz əksini tapıb. Filmdə elmi ekspert kimi çıxış edən A.Rüstəmli kadrların birində erməni qatillərin Bakıda, Şamaxıda, Qubada silahsız günahsız insanları qəddarlıqla kütləvi şəkildə qətlə yetirməsini xüsusilə vurğulayıb. Sözügedən film Moskvanın "Zvezda" telekanalında dörd dəfə, onlarla regional telekanallarda, yüzdən çox kabel televiziyası xəttilə Rusiyada nümayiş etdirilib.

Filmin çəkilişləri Moskvada, Türkmənistanda, Bakıda - Dənizkənarı Bulvarda, İçərişəhərdə, Şirvanşahlar Saray kompleksində, keçmiş "26-lar bağı"nda, Bibiheybətdə Məhəmmədi kəndindəki Yanardağda aparılıb.

Filmin nümayişindən sonra çıxış edənlər ekran əsərində real faktların, tarixi həqiqətlərin yer almasından doğan məmnunluqlarını dilə gətiriblər. ADMİU-nun prorektoru Rafiq Sadıqov çıxışında öncə A.Rüstəmlinin Azərbaycan tarixinin qaranlıq səhifələri ilə bağlı maraqlı araşdırmalar apararaq bir sıra ciddi faktları ortaya çıxardığını söyləyib. R.Sadıqov A. Rüstəmlinin xüsusilə C.Cabbarlı irsi haqqında apardığı ardıcıl tədqiqat işini yüksək dəyərləndirib onun həmçinin Bakı komissarları ilə bağlı araşdırmalarının geniş ictimaiyyətə çatdırıldığını qeyd edib. Filmin tarixi əhəmiyyətindən danışan prorektor belə ekran əsərlərinin ictimai əhəmiyyətini, təkrar-təkrar nümayişinin vacibliyini vurğulayıb.

Kulturoloq Fatimat Məmmədova filmin həm tarixi-ictimai proseslərə diqqət yönəldilməsi, həm tamaşaçı marağı cəlb etməsi baxımından uğurlu alındığını bildirib.

Filologiya elmləri doktoru İslam Ağayev, tarix elmləri namizədi Şöhrət İsmayılov başqaları filmdə Bakı komissarlarının fəaliyyəti, o cümlədən soyqırıma məruz qalan soydaşlarımızın məhvində əsas rol oynamış Şaumyan haqqında maraqlı faktların əks olunmasını yüksək qiymətləndiriblər. Onlar filmin dəqiq tarixi faktlara, tutarlı dəlillərə söykənməklə çəkildiyini buna görə böyük marağa səbəb olacağını vurğulayıblar.

Sonda çıxış edən A.Rüstəmli filmin arxiv materialları əsasında çəkilərək, həqiqətlərin ekran təcəssümü kimi ərsəyə gəldiyini bildirib: "Bu ekran əsəri bəlkə ermənilərin azərbaycanlılara qarşı soyqırım törətdiklərini təsdiq edən Rusiya məkanında geniş auditoriyaya çatdıran ilk sənədli filmdir. Şaumyanın Azərbaycan xalqına qarşı qəddarlığı, çox ağır cinayətlər törətməsi filmdə önə çəkilib. Güman edirəm ki, soydaşlarımıza qarşı ötən əsrin əvvəllərində törədilən mart qırğınının dünya ictimaiyyətinə çatdırılmasında bu filmin böyük əhəmiyyəti olacaq". A.Rüstəmli "Əfsanənin əks üzü" seriyasından çəkilən bütün filmlərin, o cümlədən "26 Bakı komissarı"nın Rusiyada maraqla izləndiyini qeyd edərək, Azərbaycanda da filmin rəğbətlə qarşılanacağına əminliyini söyləyib.

 

    

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 6 iyun.- S.23.