"Ana təbiət uşaqların gözü ilə" mövzulu rəsmlər sərgilənib

 

Dünən Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyində "Ana təbiət uşaqların gözü ilə" adlı uşaq rəsm sərgisi keçirilib. Ümumdünya Ətraf Mühiti Mühafizə günü ilə əlaqədar keçirilən sərgi Mədəniyyət Turizm, Ekologiya Təbii Sərvətlər, Gənclər İdman, Təhsil nazirliklərinin, eləcə sözügedən muzeyin, İnsan Hüquqları üzrə Müvəkkilin, Qadın İnkişaf Mərkəzinin "Uşaqdan uşağa sülh şəbəkəsi"nin təşkilatçılığı ilə gerçəkləşib. Muzeyin direktoru İsrafil İsrafilov ölkədə "Uşaq ili" elan edilməsinin təqdirəlayiq hal kimi qiymətləndirdiyini gələcəkdə bu uşaqların çox görkəmli rəssam kimi yetişəcəklərinə olan əminliyini dilə gətirib. Muzeyin direktor müavini sənətşünas Elmira Qasımova sərgidə müxtəlif yaşlı uşaqların mövzu ilə bağlı 60-dan artıq rəsminin dərin məna daşıdığını bu rəsmlərin bilavasitə uşaqların dünyagörüşünü əks etdirdiyini vurğulayıb.

"Belə sərgilər, bu gün uşaqların bir əyləncə, bəlkə də ötəri hissin bəhrəsi kimi yanaşdıqları rəsmlər onların gələcəkdə peşəkar mütəxəssis kimi yetişəcəklərinə zəmin yaradır". Bu fikri tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil səsləndirib.

 Qalibləri Rəssamlar İttifaqının üzvü Vəfa Allahyarova və muzeyin direktor müavini Elmira Qasımovanın təmsil olunduğu münsiflər heyəti müəyyənləşdirib. Fərqləndirilən rəsmlərin müəlliflərinə sertifikat və hədiyyələr təqdim olunub.

 

    

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2009.- 6 iyun.- S.22.