Azərbaycanda Qətər mədəniyyəti nümayiş etdiriləcək

 

İyunun 8-dən 12-dək Azərbaycanda Qətər dövlətinin Mədəniyyət Günləri keçiriləcək. Mədəniyyət Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, 58 nəfərdən ibarət nümayəndə heyətinə Qətərin Mədəniyyət, İncəsənət İrs Milli Şurasının baş katibi Mübarək bin Nasir əl-Xəlifə başçılıq edəcək. Azərbaycanda Qətər Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi iyunun 9-da Muzey Mərkəzində keçiriləcək. Mərasimdə Qətər onun adət-ənənələri haqqında qısametrajlı sənədli filmlərin nümayişi, təsviri sənət nümunələrindən ibarət sərgi təşkili nəzərdə tutulur. Mədəniyyət günləri çərçivəsində muzeyin qarşısında ənənəvi Qətər çadırları qurulacaq, gəmidüzəltmə xınaçılıq sənətlərinin nümayişi keçiriləcək, milli şirniyyatlar hazırlanacaq. Mədəniyyət günləri çərçivəsində M.F.Axundov adına Milli Kitabxanada Xalid Yusif ər-Dərbəşti tərəfindən Qətərdə investisiya imkanları barədə mühazirə oxunacaq, R.Behbudov adına Mahnı Teatrında isə folklor rəqs qrupunun çıxışı olacaq. Nümayəndə heyətinin eyni proqramla 10 iyunda Mərdəkan qəsəbəsində, ertəsi gün isə Suraxanı rayonunda olması planlaşdırılır.

 

 

525-ci qəzet.- 2009.- 6 iyun.- S.22.