Gürcüstanda Azərbaycan Mədəniyyəti
Günləri olacaq
İyunun 16-da Gürcüstanda
Azərbaycan Mədəniyyət
günlərinə start veriləcək.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin rəhbərlik
edəcəyi 90 nəfərlik
nümayəndə heyətinin
iştirakı ilə
keçiriləcək təntənəli
açılış mərasimi
iyunun 16-da Tbilisi Dövlət Opera və Balet Teatrında
gerçəkləşəcək. Mədəniyyət və Turizm
Nazirliyindən verilən
məlumata görə,
nümayəndə heyətinin
tərkibinə xalq artistləri Teymur Göyçayevin bədii
rəhbəri və baş dirijoru olduğu Dövlət Kamera Orkestri, Afaq Məlikovanın rəhbərliyi ilə Dövlət Rəqs Ansamblı, Rauf Babayevin "Qaya"
ansamblı, eləcə
də Dövlət Pantomima Teatrının Kollektivi daxildir. Heyətdə Salman Qəmbərovun
"Bakustik-caz" qrupu,
Ənvər Sadıxovun
ansamblı, solistlərdən
vokal ifaçıları
Samir Cəfərov, İnarə Babayeva, muğam ifaçıları
Təyyar Bayramov, Vəfa Orucova, tarzən Elçin Həşimov, kamança
ifaçısı Elnur
Əhmədov, aşıq
Samirə Əliyeva da olacaq. Mədəniyyət günləri
çərçivəsində gürcü tamaşaçılar
fotoqraf və rəssamlarımızın əl
işlərindən ibarət
müasir incəsənət
sərgisi ilə tanış olmaq imkanı əldə edəcəklər.
Nümayəndə heyətimizin
həmçinin Bolnisi və Rustavi tamaşaçıları
qarşısında da çıxış etməsi
planlaşdırılıb.
Silsilə tədbirlər
çərçivəsində iyunun 18-də Azərbaycan-Gürcüstan
Hökumətlərarası Komissiyasının ölkəmizdəki
Gürcüstan xadimlərinin muzeyləri, mədəniyyət
mərkəzi və dövlət teatrı, eləcə də
qonşu ölkədə olan görkəmli azərbaycanlıların
muzeyləri, mədəniyyət mərkəzi və dövlət
teatrının fəaliyyəti üzrə alt
komissiyasının birinci iclası da keçiriləcək. Mədəniyyət
günləri iyunun 20-də başa çatacaq.
SARA
525-ci qəzet.- 2009.- 12 iyun.- S.7.