"Gəmiqaya-Qobustan mədəniyyəti" ictimaiyyətə təqdim olunub

 

Atatürk Mərkəzində Əjdər Fərzəlinin "Gəmiqaya-Qobustan mədəniyyəti" kitabının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan şair Ənvər Əhməd çıxışında nəşrin tariximizin araşdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Bu kitab tariximizi işıqlandırmaqla bərabər həm gənc nəslə həqiqətlərimizi, mədəni irsimizi tanıtmaq, öyrətmək baxımından çox əhəmiyyətli nəşrdir. Təqdimatı keçirilən kitab daş tariximizin qızıl hərflərindəndir". Daha sonra tədbirdə Əhməd Qəşəmoğlu, İslam Sadıq başqaları çıxış edərək kitabın əhəmiyyətini vurğulayıblar. Təqdimat mərasimində müxtəlif universitetlərin tələbələri iştirak ediblər.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru Qara Məşədiyevdir. Araşdırmada Gəmiqaya-Qobustan mədəniyyəti haqqında maraqlı məqamlar yer alıb. 4 fəsildən ibarət kitabda eləcə Orxon-Yenisey əlifbasının qrafik açımı da oxuculara təqdim olunub.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 12 iyun.- S.7.