Gənc Tamaşaçılar Teatrı festivaldan qayıdıb

 

Dövlət Gənc Tamaşaçılar Teatrı iyunun 2-dən 7-dək Tatarıstanın Kazan şəhərində keçirilən türk xalqlarının "Nauruz" IX Beynəlxalq Teatr Festivalında uğurla çıxışdan sonra vətənə dönüb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə festivala qatılan yaradıcı kollektiv beynəlxalq tədbirdə Ə.Haqverdiyevin "Pəri Cadu" tamaşasını nümayiş etdirib. Tamaşa iştirakçıların tanınmış teatrşünasların alqışları ilə qarşılanıb. Festivalda ikinci dəfə iştirak edən teatr Türkiyə Kazan şəhərlərinə qastrol səfərinə dəvət alıb.

Sözügedən tamaşa rejissor Nicat Kazımovun quruluşunda ərsəyə gəlib. Səhnə əsərində rolları əməkdar artist Naibə Allahverdiyeva, aktyorlardan Kəmalə Hüseynova, Elşən Rüstəmov, Mehriban Abdullayeva, Eyvaz İbrahimov, Güşvər Şərifova, Ceyhun Məmmədov, Rasim Cəfərov və başqaları ifa ediblər.

Tamaşanın rəssamı Lətifə Quluzadə, tryukların quruluşçusu İsa Əsədovdur. Sinxron tərcüməni isə Səriyyə İsmayılova həyata keçirib.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 12 iyun.- S.7.