Azərbaycanlı şairənin rumın
dilində kitabı çıxacaq
Azərbaycanın tanınmış
şairəsi Xəzangül
Hüseynovanın Rumıniyada
kitabı çap ediləcək. "Trend"in məlumatına görə, şairənin
Türkiyədə martın
sonunda çap edilən "Bitmeyen hazan" kitabı rumın dilinə tərcümə olunur. Rumıniyanın "Tuna məktubları" jurnalında
isə şairənin
haqqında yazı və onun üç
şeiri çap edilib.
Jurnal rumın və
türk dillərində çap olunur. Şairənin şeirləri
türk dilində işıq üzü görüb.
Xəzangül Hüseynova ilə Türkiyə oxucuları 1989-cu ildən tanışdırlar. Onun şerləri o vaxtdan bəri Ankarada "24 saat", "Kiçik çəkməci", "Cankaya" qəzetlərində, İstanbulda nəşr edilən jurnallarda çap olunub. Bundan əlavə, həmin illərdə İraqın mətbu orqanlarında ("Yurd" qəzetində) şeirləri çap edilib.
"Bitməyən hazan" kitabında müəllifin şeirləri
lüğət izahı
ilə verilib. Kitab Azərbaycan ədəbiyyatının
təmsilçisi olan
şairin kitabı kimi təqdim olunub. Nəşrin ön sözü
Gültəkin Fazilqızının,
"Şiir semasından
doğan Hazangülün
söz saltanatı"
adlı yaradıcılıq
təhlili şair Aydın Murovdağlınındır.
Türk oxucuları tərəfindən
çoxdan tanınan və qiymətləndirilən
şairənin müəllifi
olduğu kitabda oxuculara vətənpərvərlik,
məhəbbət mövzulu,
tarixi, dini şerləri təqdim olunub.
Kitabın son səhifəsindəki
təqdimatında qeyd olunub ki, Azərbaycan ədəbiyyatının
önəmli şairlərindən biri olan Xəzangül həyatı
boyunca dövrün haqsızlığına, insanların
ikiüzlülüyünə, cəmiyyətin
nöqsanlarına üsyan edib.
Bu, Xəzangülün
sayca yeddinci, xarici ölkələrdə nəşr edilən
ikinci kitabıdır. Şairənin bundan öncə
Gürcüstanda "Şübhələr" adlı
kitabı çap edilib.
Şairə Xəzangülün
şerləri ilk dəfə ötən əsrin 70-ci illərinin
əvvəllərindən çap olunmağa başlayıb. 1988-ci
ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul
edilib.