"Azərbaycanım" adlı musiqili tamaşa hazırlanıb

 

Azərbaycanda ilk dəfə olaraq Mədəniyyət Turizm Nazirliyi "İrəli" İctimai Birliyinin dəstəyi, eyni zamanda "İrəli" İctimai Birliyinin "Yaradıcı laboratoriyası" ilə Uşaq teatrının birgə layihəsi əsasında 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş "Azərbaycanım" adlı musiqili tamaşanın premyerası keçiriləcək. "İrəli"nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rejissor assistenti Xatirə Şirəliyeva, musiqi tərtibatçısı Mahir İbrahimovdur. Rollarda Rüfət Mehman, Elvin Əhməd Cavanşir Məhərrəmov çıxış edəcək.

 

 

525-ci qəzet.- 2009.- 12 iyun.- S.7.