Bizə qurtuluş bəxş edən şəxsiyyət

 

İnsanın arzuları tükənməzdir. Gözəl həyat, xoşbəxt ailə, sağlam bədən, rahat cəmiyyət, yaxşı , azad vətən, müstəqil ölkə, vahid dövlət, möhkəm ordu, ədalətli cəsarətli lider s. ilaxır bu arzular silsiləsindəndir. Lakin hər kəs bu arzuların ayrı-ayrılıqda hamısına çata bilmir. Çünki cəmiyyət orada gedən proseslər, onun əsasında doğan münasibətlər, bir hər bir insanın şəxsi keyfiyyətləri bacarığı fərqli olduğundan arzulara yetişmək hərədə müxtəlifdir. Həyat elə yaranıb ki, insan övladı bir yandan nəyisə əldə edir, digər tərəfdən nəyisə, kimisə itirir. Valideynlər yaşa dolur, həyatdan köçür, əvəzində dünyaya övlad gəlir adlarını onlara qoyub qismən təskinlik tapırıq, cəmiyyətin ziyalı təbəqəsi, söz deyən kəsləri həyatdan köçür, əvəzində yeni söz ordusu nəsli, istedad sahibləri yaranır, cəmiyyətdə çürük fikirli siyasi fiqurlar yeni fikirli, rasional düşüncəli siyasilərlə əvəzlənir, insanın zövqünə oxşayan ən gözəl əşya belə köhnəlir, dəbdən düşür, əvəzində yenisini əldə edir yaxud da edə bilmir s. ilaxır.

Lakin həyatda elə bir qiymətsiz məfhum, varlıq var ki, onsuz insanın arzuları əlçatmaz, mənəviyyatı zəif, taleyi talesiz, qisməti köləlik, həyatı kədər ola bilər. O varlığın adı Qurtuluşdur. Onu bizə canı bahasına bəxş edən şəxsiyyətin adı isə ümummilli liderimiz Heydər Əliyevdir.

Od içində yanan, bulanıq fikirlər içində çaş-baş qalan, taleyi naşı əllərdə oyuncaq olan, gələcəyinə qaranlıq çökən, torpağı yağmalanan Azərbaycanı Heydər Əliyev qüdrəti, cəsarəti, inamı, təcrübəsi, siyasi uzaqgörənliyi ilə özünə qaytardı. Qayıdışıyla qaytardı. Heydər Əliyevi tapan Azərbaycan özünü tapdı. 1918-ci ildə o zamankı Cümhuriyyətimiz üçün qurulan məkr toru 1993-cü ildə Heydər Əliyevin gəlişi ilə baş tutmadı. O, ölkənin bölünməsinə yönəlmiş bütün ssenariləri ustalıqla dəf etdi. Bu gəlişi hiss edib sağ da, sol da yerindən qalxdı, müxalifət biri-birinə qarışdı, hətta kiməsə atmaq üçün ətəyə daş yığanlar daşı ətəkdən atdılar.

Onun gəlişi daxildə sabitlik, insanlar arasında inam, səriştəli kadrların iş başına gətirilməsi, ölkənin daxili resurslarından bacarıqla istifadə edilməsi, qanunlarda islahatların aparılması, ali məclislərdə ən ali oğulların təmsil olunması, gənclərə inam, onlara etimadın göstərilməsi, iqtisadi-sosial sahələrdə islahatlar, mədəniyyətimizə qayğı, təhsil və tibbə xüsusi diqqət, ordunun gücləndirilməsi ilə müşayiət olundu.

Məsləki və varlığı böyük olan Heydər Əliyevin Qurtuluş əsərinin əsas qayəsi ondan ibarət idi ki, böyük siyasət kiçik hisslərə, xırda mənfəətlərə bağlı olmamalıdır, demokratik cəmiyyətin göstəricilərindən olan müxalifət Vətəninə, xalqına, məsləkinə müxalifətdə dayanmamalıdır, xalq öz hüquqlarını anlamalı və qoruya bilməlidir ki, kiçik dövlət böyük məmləkət qədər güclü olsun. Heydər Əliyev ümumdünya mədəniyyətinə və sivilizasiyasına ölkəmizin töhfə verməsi üçün dövlət tərəfindən atılan rasional addımlar nəticəsində xalqın birliyinə nail oldu. İqtisadiyyatın lazımi səviyyədə inkişaf etdirilməsi üçün çərçivələri qırıb əhatə, əməkdaşlıq dairəsini dünya dövlətlərilə əlaqələr kontekstində qurdu. Ölkənin təbii sərvətlərindən xalqın rifahı, ölkənin gələcəyi naminə istifadə edilməsi konsepsiyasını irəli sürdü. O, dövlətin güclü olmasını iqtisadiyyatın güclü olması təcrübəsi ilə təsdiqlədi.

Biganəlik Heydər Əliyev üçün ögey bir məfhum idi. Dövlətin bütün sahələrinə şəxsən nəzarət edən O, elə bütün sahələrdə də biganəliyi aradan götürdü. Ölkənin bütün strukturlarında canlanma yaratdı.

Heydər Əliyevə görə demokratiya insanların şüurunda dəyişiklik idi. Lakin o bu dəyişikliklərin inqilabla deyil, ağılla, bacarıqla, biliklə, məntiqlə, haqq və ədalətlə, mərhəmətlə, təkamül yolu ilə, tədricən həyata keçirilməsində görürdü və fədakar əməyi ilə sübut edirdi.

Nəbzi Vətənin, zamanın nəbzi ilə döyünən Lider daim axtarışda idi. Onun ölkənin qapılarını dünyanın üzünə açması, qitələri fəth edən səfərləri, bu səfərlər çərçivəsindəki saysız-hesabsız görüşləri, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Qarabağ dərdlərini cəsarətlə, arqumentlə, isbatla dilə gətirməsi dünyanı Azərbaycana addım-addım yaxınlaşmağa məcbur etdi. Azərbaycan dünyanın diqqət mərkəzində olan dövlətlərdən birinə çevrildi. Dünyanın ali kürsülərində söz, beynəlxalq təşkilatlarında yer aldı.

Bu gün ölkəmizə edilən saysız-hesabsız səfərlər, dünya ölkələri ilə ikitərəfli, çoxtərəfli sazişlər, sərmayə qoyuluşları, Qarabağ məsələsində ölkəmizin beynəlxalq təşkilatlarda dəstəklənməsi, səfirliklərimizin sayının artması, ölkələrlə əlaqələrin yeni müstəvidə inkişafı Heydər Əliyevin hakimiyyət ustalığının, zəhmətinin məntiqi davamıdır.

Vətəndən kənarda çalışdığım İndoneziyada rəsmi görüşlərə qatılarkən yeni insanlarla ilk görüşdə Azərbaycandan olduğumu deyəndə, o andaca qarşı tərəfdən "Ooo, Heydər Əliyev" kəlməsini eşidirəm. Elə o andaca qürur hissi duyuram. Həm Azərbaycanı tanıtdırmış Heydər Əliyevə, həm də onu bizə bəxş etmiş Azərbaycanıma görə.

O bizə Qurtuluş verdi. Onun içindəsə arzularımıza çatmaq haqqını. Bəs görəsən, biz onun haqqını qaytara biləcəyikmi?

Yenə də birini tapdıq, birini itirdik.

Yaşasın Qurtuluş günü.

 

 

Mətin MİRZƏ

Azərbaycanın İndoneziyadakı

Səfirliyinin müvəqqəti işlər vəkili

 

525-ci qəzet.- 2009.- 13 iyun.- S.9.