Oralarda KİMLƏR VAR

 

QƏMLİ BİR HEKAYƏT

 

Şükran Balkanlı, öncə ALS xəstəliyinə, sonra da xərcəngə düçar olan, keçmişdə həm Fənərbaxçada, son illərində Qalatasarayda oynamış rəhmətlik futbolçu Sedatın həyat yoldaşı. Mən onunla görüşəndə artıq 11-ci gün idiki bu əfsanəvi futbolçunu əfsanəvi bir xəstəliyə tutulan insanı itirmişdi.Şükran Hanım 12 il !!!!!!!!!, düz 12 il !!!!!!!!! boyunca ərinə bir körpəyə necə baxırlarsa, eləcə baxdı.Bu vaxt ərzində bir dəfə olsun uf demədi,bütün acıları, bütün əlacsızlıqları içinə atdı, ümidsizliyə qapılmadı,dimdik durdu ayaqda,illər öncəsi onun içinə dolan eşqinə sahib çıxdı son ana qədər.

Belə bir vəfa,belə bir qadın hardan, ilahi,- deyə bir ağrı keçir insanın içindən.Hardan? Hardan? İstanbul kimi kosmopolit bir şəhərdə.Hardan? Şükran xanım yalnız öz həyat yoldaşı üçün deyil, əri kimi çətin xəstəliyə düçar olan əlacsızların da köməyinə qaçan bir İNSAN olaraq keçdi İNSANLIQ TARİXİNƏ.Biz onu belə tanıdıq.

Şükran xanım ərini itirəndən sonra onunla görüşəndə nələr çəkdiyini, bu itkinin on-on beş günündə nələr yaşadığını onun yorğun, son dərəcə üzücü sir-sifətindən,içinin sızıltısından hiss etmək olurdu.Bütün ümidini itirdikdən sonra, yenidən ümid ardınca qaçan bir qadın dayanmışdı qarşımda.Acıları verən Allahın onu sevdirmə gücünə bir daha heyran oldum. Şükran xanımın işıq saçan üzündə "DƏRDİM DƏRMANIMDIR" sözlərini oxuyurdum.

Sədat Balkanlının başının üstündə Ayetel Kuboku asılıb. Çat kapı gələn Başbakandan hədiyyə.

 

QOY BİR AYAĞA QALXIM, BOŞAYACAM SƏNİ

 

Dörd saata yaxın qaldım evlərində... Şükran Balkanlı məni yola salarkən içimdən kədər qarışıq bir şərqi sözlər keçdi:

 

   "Mən belə ürək görmədim, belə sevgi...

   İndi uşaqlar da böyüyəcək günbəgün...

   Bütün hüzünləri oxşayıb birər-birər,

   gizli bir ümidə sarılaraq, bir az küskün..."

 

Çox sevdiyim Sezen Aksunun bu mahnısı hələ də içimdə qımıldamaqda.O evdə gördüklərimi ifadə etdiyi üçün bəlkə də... Kiçik bir çocuk kimi sevgiləriylə bürünmüş Sədatın ətrafında pərvanə olan ailə qadınları, nəşəylə anladırlar: "Bəzən ən kiçik körpəm, bəzən paşam, bəzən sevgilim olub,"- deyirdi Şükran Xanım, ərinin tərpənməz dodaqlarına əylib öpərək.Yataq otağını darmadağın edib reamimasiya otağına çevirəli düz 11 il oldu... 11 il !!!!!!! 11 il!!!! Hər axşam ərinin qarşısındakı raskladuşkanı açıb, onun yanında yuxuya gedir.Səhər açılana qədər birlikdə xəyallar qurular: "Sədat iş adamı olmağı istərdi, əlinə qəlyanını alacaq, yatırımlar yatıracaq.Bir gün Belçikada lahmacun restoranları açaq-deyir.Araşdırma eləməyə başlayırıq. Belçikaya gedilir, insanlara xəbər verilir, amma pulumuz çatmır.Bir ay sonra Tekstil işinə girişək bəlkə, -deyir.Araşdırmağa başlayırıq. Keçənlərdə gönlümüzdən bir qatar almaq keçdi və çıxdıq "ova".Baxdıq ki,rahat nəfəs almaq üçün çiyərlərinə qoyduğumuz aparatın batereyası,pili bitmək üzərədir.Amma batereya almağa pulumuz yoxdu.İndi də karvan istəyir, o da ağıl kəsən deyil." Çünkü Sədat Balkanlı, gündə iki kərə dəyişən nəfəs alma aparatına bağlı yaşayır.Bədəni hərəkət etmir, amma qurduğu xəyallara kimisə çata bilməz.Bütün varlığında hərəkətli olan düşüncələri, baxışları və ehtirası... Locked-İn Sendrom, ehtirasa, kişilik xüsusiyyətlərinə zərər vermir.

Şükran Balkanlı, əri üçün "O istəyir, amma mən gözyaşlarıma üstün gələ bilmirəm, dəhşətdi "- deyərək vəziyyəti başa salır.

 Otağına girdim, gülümsədi, tarixi maçlarda başı ilə atdığı müthiş qolları izlətdi televizyonda.

"Əlifbanın üç sıra halında yazılı olduğu kartondan bir-birimizi başa düşməyə çalışdıq. İlk söylədiyi "Yaşamaq istəyirəm,"- oldu.

Şükran Balkanlı, həyat yoldaşıyla o kartonlar olmadan danışa bilmir.Sədatın hər göz qırpımıyla yazdırdığı hərfləri səbrlə yan-yana düzür.Karton bəhanədi, ikisinin də bir-birini başa düşəcək xüsusi bir dil var.İnsan bir kərə də olsun "ah çəkməzmi və nələr çəkdiyini dilə gətirməzmi. "Həyatı günü-gününə, bir nəbz kimi vuraraq yaşayır -deyir Şükran Xanım. Sədatın anası, bacısı, uşaqları, baldızı, ailədən biri kimi olmuş köməkçiləri Tanya, eyni küçədə Sədat üçün bir arada yaşayan bütün əqrabalar, onunla bu xüsusi dili danışır.

Onun günlük yaşamı üçün mübarizə edirlər.Sədat istədiyi üçün hər çərşənbə evdə balıq bişirilir.Sədata da pürə hazırlanır. Həftə sonu alabaşlara minib, Boğaza balıq tutmağa gedilir. Və hər gün Sədat üçün gizli bir ümidə doğru çıxıb, günə çox böyük bir sevgiylə başlanır.

 

YAŞAMAQ İSTƏYİRƏM. ŞÜKRAN BALKANLI :

 

Bir dəfə Sədat dedi ki, mənə 30 YTL verərsənmi? Xoşbəxt oldum. Milli lotereya üçün. O qədər çox arzuları var ki...Hər ayın 9, 19 29-nu əldən verməz.Bir gün nəsə udacağına inanır.

Xəyalların sürəti nə sürət...Bir gecədə milyarder oluruq. Bir gecədə əldən gedir hamısı.Sədat gəlib bizi qurtarır. Kumpir, lahmacun, ABŞ-da nə bilim nə, Belçikada dönər...ohooo daha nələr...nələr...

Əli yox, ayağı yox. Düşüncələriylə dua eləyir. Allah üzümüzə güləcək, bir az daha səbr etməyəmiz lazımdır.Bir gün "Günaydın gözəlim"- deyib, mənə sarılacağına inanırdım.

İkimiz də bu yerlərə başqa yerlərdən gəlmişik.Bu üzdən "Əlvida Rumeli" serialı bizim üçün bir başqa məna kəsb eləyir.Sədat həyatı çox sevərdi. Bizə "Qarşımda oynayın",- deyirdi çox vaxt. Musiqi çaldırıb, oynamağa başlardıq. Təbii ki, səs-küy olurdu.Bu zaman qonum-qonşu da rahatsız olurdu, bu nə ailədi belə söz-söhbəti çatırdı qulağımıza.Biz bilirdik,amma əlac nəydi.Sədatı həyatda tutan şeylər bunlar,necə başa salaydıq onları.

 

BAŞ-BAŞA YAŞANAN GÜNLƏR

 

- Baş-başa qaldığınız zaman sizə nə anladırdı Sədat?

Ş.B: Uşaqlarımızı doyunca böyüdə bilmədik, Sədatın xəstəlik vaxtlarına düşdü. İndi uşaqlarımız üçün bir şeylər xəyal edirik.Sədat gec yatıb,gec durur.Çünki axşam ev daha basırıq olur.Hamımız Sədatın otağında toplaşırıq, o günü anladırıq.Kiçik oğlumuz məktəbdən gələr-gəlməz Sədatın qucağına atılır o saat.

- Qarşısında televiziya hər zaman açıqdır.Kitab, qəzet də oxuyursunuzmu Sədata?

Ş.B: Televiziya bütün gün açıq olmalıdır, elə istəyir. Axşamları heyvanlar aləmini seyretməyi çox sevir. Xəbərləri heç gözdən qaçırmaz.Bir də evləndirmə məsələlərinə həsr olunmuş proqramları seyr edir."Ayağa dur, səni evləndirəcəm"-deyib sataşıram ona.

- Xəyal qurmağı çox sevir deyirsiniz?

Ş.B: Xəyalları hamısı qurmaqla. Bacısı bəzən deyir ki, qardaşım, necə ayağa durmaq olar,sən onun haqqında xəyal qur.

- Günlər necə keçir?

Ş.B: Səhər erkən qalxıram,uşaqlar məktəbə gedir. Sədat 12-dən, 1-dən tez qalxmaz.Gözlərini açan kimi gülümsədiyi gün bizim ən gözəl günümüz olur.

- Bugün necə qalxıb?

Ş.B: Çox keyfli qalxdı Tuluhxan,siz də gələcəksiniz deyə. Sədat xoşbəxtsə biz də xoşbəxtik.Toy varsa toya gedirik. Olmasa əylənməyə gedirik.Qayıdandan sonra olanları Sədata anladırıq.Belə istəyir onun özü.

- Bəs sizin bütün günü yanında olmağınızı istəmirmi?

Ş.B: Təbii ki, evdən uzun müddətə uzaqlaşmaq bizim üçün zor.Çox nadir olur belə hallar.Anam bura yaxın olur,Sədatın ailəsi qonşu blokda yaşayır.Doğulub böyüdüyü məhəllədə yaşayırıq.Sədatın tək qalmaq imkanı qətiyyən yox.Bura bizim qonaq otağımız. Sədatın yanında oturub, birlikdə televiziyaya baxırıq,müzakirələr eləyirik.

 

SƏDAT BALKANLI :

 

- Yeməklərin dadı, yaddaşımdadı. Unuda bilmirəm.Ailə üzvləri də daxil kimsə yanımda yemək yemir. Oğlanlarımdan xahiş eləyirəm ki, basdırmadan hazırlanmış dürməc yesinlər.Onlar yeyərkən çox xoşbəxt oluram.

Yaxşılaşdığım zaman sahildə isti çörəklə pendir, yanında da dəmli bir çay istəyirəm. Sonra da maşınımda gəzməyi sevirəm.

Qalatasaray üçün də oynadım, amma mən həmişə fənərbağçalı olaraq qaldım.

 

SƏDAT BALKANLI (1965-2009 ) KİM İDİ ?

 

12 il amansız bir şəkildə mübarizə etdiyi ALS (Amiyotforik Lateral Skleroz) xəstəliyinə qalib gələ bilmədi.Fənərbaxça, Qalatasaray, Bursaspor, Əskişəhirspor, Konyaspor və A Milli Yığmanın formalarını geymişdi.1994 - 1995 sezonunda Qalatasarayda 8 qol vurmuşdu.Bu topların hamısını başıyla qapıya atmışdı.12 il əvvəl sağlıq problemleri yaşamağa başlayan Balkanlının, ABŞ-da aparılan müayinələr nəticəsində milyonda bir görünın ALS xəstəliyinə yaxalandığı ortaya çıxdı. Əvvəlcə danışığı, sonra yeriməsi, ardından da gözlərindən başqa bütün orqanları öz hərəkətini itirdi.Xüsusi nəfəs vermə cihazına bağlı yaşayan Sədat Balkanlı,həyat yoldaşı Şükran xanım ilə kağız üzərində əlifba yardımı ilə danışdı.Bir neçə müddət öncə uzun sürən acı bir xəstəliyə məğlub olub gözlərini yumdu.Allah rəhmət eləsin.

 

 

(DAVAM EDƏCƏK)    

 

Türkcədən uyğulama

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2009.- 13 iyun.- S.30.