Dünya bir
karuseldi...
Ötən əsrin 1970-80-ci illərində Ağdam şəhərində gözəl bir park var idi. Daha doğrusu, bu qədim şəhərdə gözəl parklar varıydı. Adıçəkilən park isə sözün həqiqi mənasında əsl cənnəti xatırladırdı. Bu parkda dünyanın müxtəlif ölkələrindən gətirilmiş ağaclar, gül kolları, ekzotik bitkilər, hərəsi bir ulduzu xatırladan çiçəklər əkilmişdi. Burada hind qozundan tutmuş, Ərəbistanda bitən xurma ağacına qədər nə desən var idi. Əslində bu parkın tarixi çox qədimlərə gedib çıxırdı. Parkın girəcəyində dahi bəstəkar Üzeyir Hacıbəyovun gözəl bir heykəli ucaldılmışdı.
Parkda bir çayxana
da var idi.
Lap sonra iki oldu. Bura Zeynallı
çayxanası deyirdilər.
Çayın ləzzəti
öz yerində, çayxananın duzlu-məzəli
söhbətləri öz
yerində, həm də çayxana şeir, sənət ocağına çevrilmişdi.
Bura kimlər gəlmirdi?! Ağdama qonaq gələn hər kəs bu çayxanaya mütləq baş çəkirdi. Həmin çayxanada yazıçılar,
şairlər, incəsənət
ustaları, məşhur
xanəndələr, rəssamlar,
idmançılar, müğənnilər
qonaq olmuşdular. Çayxanada yazılmamış
bir qanun da var idi.
Bura təşrif buyuran ağsaqqalar qarşısında cavanlar
mütləq ayağa
qalxardı, hörmət-izzətlə
onu yuxarı başa keçirərdilər.
Ağırbatman kişilərin
söhbətindən doymaq
olmurdu. Duzlu-məzəli
insanların atmacaları
çox səmimi gülüş doğururdu,
adamların üz-gözündə
təbəssüm yaradırdı.
Yay gələndə Zeynalın çayxanasında
necə deyərlər,
iynə atsaydın, yerə düşməzdi.
Qonaq-qaranın sayı-hesabı
bilinmirdi. Bura özgə bir aləm idi.
Həmin parkın direktoru Surxay Əliyev idi. Onunla elə həmin çayxanada
Onu da deyim ki, Zeynalın
çayxanası ilə Surxay Əliyevin heç bir
yaxınlığı yox idi. Sadəcə
Surxayı harada axtarsaydın, burada tapmaq olardı. Və bir də
ət kombinatının
yanında yerləşən
İldırımın kitabxanasında.
Surxay qonaqlığı
çox sevirdi. Sözün düzü çox vədə də haqq-hesabı elə özü verirdi. Gizlətməyin heç yeri yoxdur, mənə də orada çox
qonaqlıq verib. Bir dəfə yayın lap cırcahır
vaxtında həmin kitabxanada toqqanın altını bərkidəndən
sonra yolun kənarına çıxdıq
ki, bir maşına
əyləşib Zeynalın
çayxanasına qayıdaq.
Ağ rəngli bir "Jiquli" düz yanımıza saxladı. Tələsik arxa oturacaqda əyləşdik. Ay Allah, bu
maşının içində
toz-torpaqdan göz-gözü
görmürdü. Elə
bil maşını toza bükmüşdülər.
Sürücü dostumuz
Surxayın indiki yaşında olan kök bir kişi
idi. Dilim dinc durmadı. Elə-belə ortalığa
söz tulladım ki, maşallah bu, maşının içi çox təmizdir. Elə bunu demişdim ki, kişinin dərdi açıldı
və başladı deyinməyə ki, maşın neyləsin ey, səhər tezdən durub Ağcabədini, Beyləqanı,
Haramı düzünü
gəzə-gəzə qalıb.
Yoldaşlarım məni
qoyub gediblər. Onları axtarmaqdan nəfəsim kəsilib. Soruşduq ki, ay dayı sən Allah xeyirdimi, nə hadisə baş verib?! Kişi qayıtdı ki, biz bir neçə yoldaş həmişə
aşıq-aşıq oynayırıq,
amma namərdlər bu gün məni
qoyub gediblər. Gülmək bizi tutmuşdu. Bilmirəm səmimiyyətimə inanacaqsınız
ya yox, bəlkə
də belə bir isti gündə
dədəsi ölən
kəfən almağa
getmək üçün
tərəddüd edərdi.
Maşının sahibi
elə vaysınırdı
ki, sanki dünya uçub altında qalmışdı.
"Dostluq" kinoteatrının
qarşısında, Elxanın
su butkasının yanında maşından düşdük. Bizi gülüşə qərq
edən bu gözəl insan bizdən heç yolpulu da almadı.
Ayrılanda yenə söz tulladıq ki, yoldaşların bəlkə Şelli tərəfə gediblər?!
Kişi nə desə yaxşıdı:
- Elə ora gedirəm dayna.
Gülməkdən gözlərimizdə
yaş qalmamışdı.
Bu dəli gülmək
əlimizdən tutub bizi avtovağzala gətirib, oradan da Bakıya gedən maşınlara əyləşdirdi, səhər
gözlərimizi açanda
gördük ki, Biləcəridəyik... Özünüz
bilirsiniz də...
Bir gün çayxanada
oturub çay içirdik. Nədənsə
Surxay gözə dəymirdi. Kimsə dedi ki, Surxay
müəllim Bakıdan
karusel gətirməyə
gedib. Xəbər doğru çıxdı.
Parkın lap baş tərəfində böyük
bir karusel quraşdırıldı. Ədalət
naminə deyək ki, həmin vaxtlar qonşu rayonların heç birində belə əyləncə mərkəzi
yox idi. Karusel işə düşdü. Ağdam camaatı uşaqlı-böyüklü
bura axışdı.
Hətta qonşu rayonlardan da gəlirdilər. Karusel həvəsinə düşənlər
arasında yaşlılar
da var idi.
Nə başınızı
ağrıdım, səhər
tezdən axşama kimi burada növbə
olurdu. Karusel fırlanır, pul sel kimi axıdı.
Elə bu məqamda hiss etdik ki, Surxay gözə
dəymir. Ora Surxay, bura Surxay
xəbər yoxdu. Sonra öyrəndik ki, bu gözəl
insan Pribaltikaya gəzməyə gedib. Sözün düzü həmin vaxt çox adam Pribaltika respublikalarının
harada yerləşdiyini
bilmirdi, yaxud da özündən deyən oğlan oralara gedib çıxa
bilmirdi. Qardaşımız
aya-günə dönmüşdü.
Pribaltikadan gəlib Bakıya gedir, Bakıdan gəlib Moskvaya uçur. Nə başınızı
ağrıdım, bu şeir, sənət xiridarının əyli-ayağı
yerə dəymirdi. Hətta bir ara eşitdik ki, Surxay Pribaltika
respublikalarının fəxri
vətəndaşı olmaq
istəyir.
Karusel mövsumu başa çatdı. Mövsümdən xeyli keçənə qədər,
Surxayı Ağdamda tapmaq mümkün olmadı. Payızın
son ayında Surxay müəllim Zeynalın çayxanasında görünməyə
başladı. Qızılı
payız bu parkda daha canlı,
daha gözəl görünürdü. Bu payızın
baxışlarında qüssə
də var idi. Yarpaqlar tökülürdü. Çal-çağırlı
parkdan əl-ayaq yığışırdı. Surxayın dostları ona sataşmaq üçün tez-tez deyirdi: - Payız gəldi, uçdu getdi quşlar.
"Əlacım yoxdur, gərək yenidən Zeynalın çayxanasına
qayıdam". Hamı
bilirdi ki, bir neçə ruhi xəstə həmin çayxanaya çay içməyə
gəlir. Hərçənd
onlar özlərini dəli hesab etmirdilər. Hərəsi
bir tərəfdə oturub çay içir, öz dünyaları ilə baş-başa qalırdılar.
Heç kəsin ixtiyarı yox idi ki, onlara
güldən ağır
bir söz desin. Həmişə çay içdiyimiz stolun yaxınlığında
oturan bir dəli bir dəfə
üzünü mənə
tutub soruşdu keçən il, öz vəziyyətindən
gileylənirdin? İndi
vəziyyətin necədir?
Təbii ki, ona cavab vermirdim.
İndi ürəyimin
başı sızıldayır,
gözüm hər tərəfi axtarır. Deyirəm ki, kaş möcüzə olaydı, həmin dəli qarşıma çıxıb məndən
indi də soruşaydı: Vəziyyətin
necədir?
Bayaq dedim ki,
Surxay Əliyev kitab həvəskarı idi. Təzə çıxan bütün
kitabları alıb oxuyardı. Tale elə gətirdi ki, doğulub boya-başa çatdığımız yurddan
didərgin düşdük.
Böyük bir el bir-birindən aralı düşdü. Göz-gözə,
nəfəs-nəfəsə yaşayan insanlar indi hərəsi bir tərəfdə məskunlaşıb. Onların
çəkdiyini sözə
gətirmək mümkün
deyil. hər şeyə malik olan söz bu
həsrətin qarşısında
əriyib yox olur.
Surxay müəllim Bakıda məskunlaşandan
sonra özünə Əlibəyli təxəllüsü
götürdü. Bu qoca
insan qələmini yenidən işə saldı. İndi viranə qalmış Ağdam haqqında iki kitab yazdı.
Həmin kitablarda bir-birindən aralı düşmüş ağdamlılar
görüşdülər. Buna da min şükür. Kitab səhifələrində
görüşmək də
bir görüşdü.
Bu görüşlərdə dostumuzun 60 yaşı tamam oldu. Vallah
heç inana bilmirəm ki, onun 60 yaşı var. Saçı-saqqalı ağarmasa,
kənardan baxanda elə bilərsən əsgərlikdən təzəcə
gəlib. Qoca arvadlar demişkən, çiçəyi hələ
burnunun ucundadır. Heç qəm yemə, onsuz da daban-dabana gəlirik, amma sən qarşıdasan. Qarşına da həmişə xeyir çıxsın.
Deyirəm ay Surxay,
doğrudan da dünya özü elə bir karuselmiş...
Salman ALIOĞLU