Oralarda KİMLƏR VAR
(Əvvəli
ötən şənbə sayımızda )
- Sizi
qısqanırdımı, bunu sizə deyirdimi?
Ş.B:
Olurdu belə hallar. Onun bəyəndiyi geyimi
geyirdim, məsələn. Bəzən
bir-birimizə sataşırdıq. O zaman deyirdi ki,
"qoy bir ayağa qalxım, səni boşayacam". "Boşa bə, qardaşım. Amma mən bu evdən çıxmaram, sən gedərsən"
-deyirdim.
Hirslənəndə bunu büruzə verirdimi?
Ş.B:
Üzümə baxmırdı, ürəyim
düşürdü onda. Yataq
otağımızı xüsusi olaraq onu
düşünüb düzəltmişdim. Qarşısındakı çək-yatda
(raskloduşka) yatırdım. Başqa
otağa keçməyimi istəmirdi. Dişini
qıcırdadır, bunu başa salmaq üçün və
onu eşidim deyə. Ağlına bir
şey gələndə, yazdırmaq istəyəndə də
eynən belə eləyirdi. "Sədat,
yaxşılaşdığında yataq otağını da
düşünəcəyik", - deyirdim ona. "Aman,
60-yaşından sonra yaxşılaşma, yaşlanmış
olacayıq. Kimə lazımıq onda.
Nə eləyəcəyik bir-birimizə. Amma heç yaşlanmırdı ki,
yatdığı yerdə".
Bu xəstəlik onun kişiliyinə təsir eləmişdimi?
Ş.B: Bəli,
müəyyən mənada təsir eləmişdi. Məsələn bəzən Sədata "Ay
paşam, nə qədər çirkin bir şey, mən xəstə
olsaydım sən bu vəziyyətdə məndən bir
şeymi istərdin? - deyirdim. "Yox" deyirdi. "Mən
başqa birisiylə gedəcəkdim." "Məni
səni düşünürəm" - deyirdi. "Aman bə, paşam," - deyirdim- məni
düşünmə, mən istəmirəm, ağlıma belə
gəlmir."
Psixoloji yardım aldığınız vaxtlar
olurdumu?
Ş.B:
Altı ayda bir gedirdim. Mümkün olduğu qədər
xoş şeylər düşünürdüm. Çünki ona həmişə xoş bir enerji
vermək lazımdı, amma bəzən elə olurdu ki, hirslənirdim
Sədata. Gerçək olmayacaq arzuları
nə qədər eləmək olar? Xəyal
etdiyinin də tələsik nəticəsini görmək istəyirdi.
Ailə böyükləri
çağırılır, hesablar gəlir ortaya. Kim gedəcək bu işin ardınca? Məntiqli danışdığımız zaman, onu
inandıra bilirdik və o da sakitləşirdi. Elə hey zəngin olmaq haqqında
düşünürdü.
Ümidinizi itirdiyiniz oldumu?
Ş.B:
Xeyr. Bir gün yataq otağının
qapısını onun özünün açacağına
inanırdım. "Olacaq, mütləq olacaq", -
deyirdim.
Nəyin xiffətini çəkirsiniz?
Ş.B: Nərdivanlardan
enərdi, bir neçə saat parfüm qoxusu keçməzdi.
Sədat yaşamağı, əylənməyi çox sevərdi.
Bizim evin yaxınlığında bir küçə var,o
küçədən aşağıya son sürətlə
gedərdi. O yoldan keçərkən elə Sədat
yadımıza düşür. Bu xəstəliklə 11 il
yaşayan bir xəstə yox Türkiyədə. İlk
dönəmlərdə çox araşdırdıq.
Çində bir şeymi var, "Həmən gedək", -
deyirdik. Son dörd-beş ildə artıq aramaqdan, axtarmaqdan da
bezdik. Allaha sığındıq.
Evdə reaminasiya
ortamını, günlük həyat şərtlərini
yaxşılaşdırmağı necə bacardınız.?
Ş.B: Sədat
normal nəfəs ala bilmirdi. Təngənəfəs
olurdu. Onun üçün iki nəfəs
vermə cihazım vardı. Biri hamamda, biri
yataq otağında. Üç adam
olanda daha asanlıqla iş görə bilirdim. Kömək
olurdu. Yatmaq üçün dərman verməliyik,
məsələn. Tərpənməsi
heç mümkün deyildi. Gecələr
beyni daha açıq olurdu. "Gündüzləri
rahat keçirirəmsə, axşamlar da rahat oluram" -
deyirdi. Axşamları öz fikirlərini
yazdırmağı daha çox sevirdi. Mənə,
baldızına, bacısına,qardaşına
yazdırırdı. Sağ gözüylə daha çox
söz deyə bilirdi. Sol gözü yorulmağa
başladı. Mehmət Ali (
Sədat xəstələnəndə neçə
yaşındaydınız?
Ş.B: Mən 29
yaşındaydım, Sədat 31. Uşaqlarımızdan biri
dörd, o biri altı yaşındaydı. İndi universitetə
hazırlanırlar... Allah belə bir xəstəlik verdi.
Yaşlaşır insan. İlk sırada ərim,
uşaqlarım, ailəm vardı. Ondan sonra o biriləri gəlirdi.
Ərimin ailəsi mənim öz ailəmdir. Sonra dostlar,
tanışlar.
QAPI DÖYÜLDÜ...
QARŞIMIZDA BAŞBAKAN
Xəstəlik illərində
kimlər dəyməyə gəldi?
Ş.B: Məsələn,
evimizdə oturmuşuq və heç kimi də gözləmirik.
Heç nədən xəbərimiz yoxdu. Qurban
Bayramıdı. Qapı çalındı,
qarşımızda başbakan Rəcəp Tayyip Ərdoğan.
O qədər sevindi ki, day nə deyim. Qəzetçi-zad yoxdu.
İçəriyə girdi, oturdu, çox gözəl
söhbətlər edildi. İnanın, heç kimsəyə
heç bir şey söyləmədən qəfil durub gəlmişdi.
Tayyip Ərdoğan bir ara həbsdə yatmışdı ha...
o zaman Sədat xəstə ola-ola bir şikəst arabasında
ona dəyməyə getmişdik. Başının
üstündəki Ayət-el Kuboku Başbakandan hədiyyədi.
Nədən bu xəstəliyə
tutuldu? Necə oldu?
Ş.B: Əvvəlcə
danışığında kəsirlər yaranmağa başladı,
sonra qollarına vurdu. ALS-nin çarəsi
olmadığını söylədilər. Beyinində olan
hüceyrələr ölməyə başlayır. Beyin
impulsları yoxa çıxır. Hüceyrələr
öldüyü üçün sinirlər kənar
impulsları ala bilmir. Hiss eləyir, ağrını duyur. Amma
hərəkət olmur. "Ən çox, iki ya da
üç il yaşar!"-dedilər. Doktorlardan çarə
olmayınca başqa yollara baş vurduq. Sonuc almadıq. ALS
TÜRKİYƏNİN TİBB TARİXİNƏ SƏDAT
BALKANLI XƏSTƏLİYİ OLARAQ KEÇDİ.
Allah acını verir,
amma onu da sevindirmirmi arxasından?
Ş.B:
Gerçəkdən sevindirir. Çünki onun xoşbəxt
ola bilməsi üçün, onun həyata
olan inamını artırmaq üçün, onun bizdən
ayrılmaması üçün biz
bacardığımızı eləmək məcburiyyətindəyik.
Yəni onunla yatıb, onunla qalxmalıyıq.
O da xəstəliyinə qalib gələ bilmək
üçün, yaşamağa davam etməlidi.Və biz
çox xoşbəxt yaşadıq.Bizə yardım edənlərin
haqlarını ödəməyə ömrümüz
çatmaz. "Fənərbaxça" idarəçiləri,
Əziz Yıldırım bizə sahib çıxdı.
Uşaqlarımın oxuma xərclərini onlar
ödəyirlər. Oğlumun birini
İnan Bəy oxudur. Başbakan, maddi-mənəvi
tərəfdən bizim yanımızdaydı.
Sədat bəy
"Qalatasaray"lıydı son dönəmlərində. "Qalatasaray"la
əlaqələriniz vardımı?
Ş.B: Heç
olmadı. Sədatı Adnan Polat gətirdi Bursadan
"Qalatasaray"a. Bilmirəm, vallah bu qədər vəfasızlıq
olarmı? Bilmirəm nə düşünürdü Adnan Polat?
12 il, 12 il boyunca Sədatla heç maraqlanmadı.
Bu qədər uzun bir
vaxtın acıları sizin şəxsiyyətinizə necə
təsir elədi?
Ş.B: Çox
müdrikləşdim. Heç nifrət hissi mənə
yaxın durmadı. Əvvəllər bu adam xərçəng
olmuş, yazıqlar ona, özü də çox gənc
deyirdim. İndi daha başqa cür fikirləşirəm. Allah
bunu verdisə deyirəm, mütləq bir bildiyi vardır. Mənim
ona yazığımın gəlməsinin heç bir
faydası olmaz. Əlimdən gələn bir şey varsa, demək
onu eləməliyəm və bu da məni rahatladır.
İnsanın bir
acıya bu qədər dözə biləcəyini bilirdizmi?
Ş.B: Əslində
bilmirdim.Məni ziyarətə yolladı Sədat. Vəfatından
bir gün öncə gəldim. Həqiqətən oralarda
çox gözəl günlər yaşadım. Rəbbimə
o qədər çox dua etdim ki, Sədat ayağa dursun, ən
qısa zamanda öz keçmişinə qayıtsın. Sədat
vəfat etdiyi gün dedim ki: "Rəbbim mən sənə
dualar etdim. Mən onun sağalmasını belə istəmədim,
bu çox uzun çəkdi, çox uzun çəkdi, dedim
(ağlıyır). Mən onu yataqda qoyub getdim, amma
düşünürdüm ki, dualarımdan sonra o məni
havaalanında qarşılayacaq. Çünki mən belə
istəmirdim. Rəbbim onun dərmanı bu şəkildə
verdi.
Nədən
"paşam" deyirdiz ona?
Ş.B: Çünki
yatağında elə yatırdı ki, biz hamımız onun
başında fır-fırlanırdıq. Onun
üçün PAŞAM deyirdim. O mənim KÖRPƏ
PAŞAM idi. Mən onu böyüdəcəydim, yeriyəcəydi,
dil açacaqdı.
Sizin dilinizdə yeni bir
kəlmə meydana çıxdı: ərimdi, balam oldu.
Ş.B: Bəli. Həqiqətən belə oldu. Mən onu anam bilib sevirdim. Bu onun da xoşuna gəlirdi. Mən qapıdan içəri girərdim, o yerində yatardı. "Ana" - mən gəldim deyirdim. Mənçin darıxdınmı? Mənsiz necəsən, deyə soruşardım (ağlayır).
ÇOCUQLARI BUGÜNƏ
HAZIRLAMIŞDIM. AMMA ÖZÜMÜ HAZIRLAMAMIŞDIM
Son nəfəsində
vidalaşa bildinizmi?
Ş.B: Təbii ki. Yaddaşı azca da olsa açıqdı. Gözü açıqdı. Son səfərimdə yaşadığım hər şeyi Sədata anlatdım. "Lütfən", - dedim, nə olursun, bir an öncə yaxşılaş. Birlikdə gedərik ora. Mən danışdıqca o da ağlayırdı. Əlini, ayağını öpürdüm (dərin bir susqunluq). Mən onun sağalmasını belə istəmədim, bu çox uzun çəkdi,çox uzun çəkdi...(ağlayır). Mən onu yataqda qoyub getdim, amma düşünürdüm ki, dualarımdan sonra o məni havaalanında qarşılayacaq. Çünki mən belə istəmirdim. Rəbbim onun dərmanı bu şəkildə verdi.
SƏDAT BALKANLI (1965-2009 ) KİM
İDİ ?
12 il amansız bir şəkildə mübarizə etdiyi ALS (Amiyotforik Lateral Skleroz) xəstəliyinə qalib gələ bilmədi.Fənərbaxça, Qalatasaray, Bursaspor, Əskişəhirspor, Konyaspor və A Milli Yığmanın formalarını geymişdi.1994 - 1995 sezonunda Qalatasarayda 8 qol vurmuşdu.Bu topların hamısını başıyla qapıya atmışdı.12 il əvvəl sağlıq problemleri yaşamağa başlayan Balkanlının, ABŞ-da aparılan müayinələr nəticəsində milyonda bir görünən ALS xəstəliyinə yaxalandığı ortaya çıxdı. Əvvəlcə danışığı, sonra yeriməsi, ardından da gözlərindən başqa bütün orqanları öz hərəkətini itirdi.Xüsusi nəfəs vermə cihazına bağlı yaşayan Sədat Balkanlı,həyat yoldaşı Şükran xanım ilə kağız üzərində əlifba yardımı ilə danışdı.Bir neçə müddət öncə uzun sürən acı bir xəstəliyə məğlub olub gözlərini yumdu.Allah rəhmət eləsin.
Türkcədən uyğulama
525-ci qəzet.- 2009.- 20 iyun.- S.30.