Heydər Hüseynovun 100 illiyilə bağlı tədbir keçirilib

 

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli filosof, ədəbiyyatşünas, ictimai xadim, akademik Heydər Hüseynovun anadan olmasının 100 illiyilə əlaqədar konfrans təşkil edilib. AMEA-dan verilən məlumata görə, tədbirdə qurumun birinci vitse-prezidenti, akademik Arif Həşimov prezident İlham Əliyevin alimin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq sərəncamının əhəmiyyətindən söz açıb, dövlət rəhbərinin elmin inkişafına göstərdiyi qayğıdan danışıb. Tədbirdə məruzələrlə çıxış edən fəlsəfə elmləri doktorları İlham Məmmədzadə Zümrüd Quluzadə H.Hüseynovun mənalı ömür yolundan, geniş elmi yaradıcılığı haqda ətraflı məlumat veriblər. Bildirilib ki, o, uzun müddət ali məktəblərdə elm müəssisələrində məsul vəzifələrdə çalışıb, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti olub. 300-dək monoqrafiya, kitab məqalələrin müəllifi olan Heydər Hüseynov ölkəmizdə elmin, təhsilin inkişafına dəyərli töhfələr verib.

Konfransda çıxış edənlər AMEA-nın ilk akademiklərindən biri kimi H.Hüseynovun ictimai və humanitar elmlərin, xüsusilə fəlsəfə elminin inkişafındakı böyük xidmətlərini önə çəkiblər. Akademik Fuad Qasımzadə və digər alimlər də Heydər Hüseynovun əsərlərinin əhəmiyyətindən danışaraq, bu gün də onların öz aktuallığını qoruyub saxladığını qeyd ediblər.

 

  

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 20 iyun.- S.23.