Səs, yoxsa
söz?
Vaqif Yusifliyə
məktub
Vaqif müəllimin
"Yolun başlanğıcı" yazısını
oxuyandan sonra beynimdə ona bir məktub yazılmağa
başladı. Bir həftədən sonra həmin məktubu
cümlə-cümlə yadıma salıb kompyuterə
köçürərək tənqidçiyə göndərmək
fikrinə düşdüm. Ancaq onun emailini axtarıb
tapmadım və Rəşad Məciddən kömək istədim.
Gənc təqaüdçülərin katibi dedi ki, Vaqif
Yusifli klassikdir, onun emaili yoxdur. Mənə göndər,
kağıza çıxarıb özünə verərəm.
Məktubum bir az uzun
alındı. Baxdım ki, əməllicə
yazıdır. Özüm də
çoxdandır heç
nə yazıb eləmirəm. Oxucularım "525"in qarşısında piket keçirib məni tələb edirlər.
Odur ki, həm ziyarət,
həm ticarət etmək qərarına gəldim. Yazını müqəddəs qəzetin səhifəsinə
yolladım. Di ya
allah:
Vaqif müəllim, yazınızı
oxudum. Sağ olun ki, iti
qələminizi gənclərə
tərəf çevirmisiz.
Düzdür, bir az minnətlə
çevirmisiz, amma olsun. Ara-sıra uşaq-muşağı yada saldığınıza
görə sizə sonsuz təşəkkürlər.
Əsas odur ki, Azərbaycanda
görünməmiş hadisə
baş verir. Ağsaqqal tənqidçi gənc yazardan, şairdən yazır. Səxavətinə şükür, İlahi. Bu gününə
şükür.
Bilirsiz də bu ölkədə
təqaüd yaşına çatmamış adamı adam
yerinə qoymurlar. Hərçənd böyük yazar Tolstoy
yazırdı: 29 yaşlı ağsaqqal içəri girdi. Və
tale belə gətirdi ki, adını çəkib şərəfləndirdiyiniz
gənclər artıq təqaüdçüdülər.
Ümumilikdə
yazdıqlarınızla razılaşıram. Ən azı ona
görə ki, az zamanda bu qədər şairi çözmək
özünüz demiş bir-iki şeirlə asan iş deyil. Həm
də öz xoşunla deyil başqasının xahişi ilə,
bu lap zülümdür. Sizi anlayıram.
Vaqif müəllim, bir dəfə
şeirlərim haqda yaxşı sözlər söyləmişdiz.
O vaxtdan sizi tapa bilmirəm ki, təşəkkür edim. Qismət
bu günə imiş. Allah köməyiniz olsun.
Hər şeyi
yaxşı demisiz. Hətta demədikləriniz də gözəldir.
Deyirsiz ki, uşaqların bəzi misralarını oxuyanda
çox səs deyil, bir səs eşidilir. Ola bilər,
etirazımız yoxdur. Bu normal haldı. Heca şeirlərini də
ard-arda oxusaq, hamısından bir səs çıxar. Bu, vəznin
səsidir. Bir məqamı nəzərdən
qaçırmısız - misraların gücünü.
Şeirlər bir-birindən səsinə görə çox
az fərqlənir. Əlbəttə, özünə xas
musiqisi olan şeiri oxumaq ləzzət verir. Hər şeirin
öz ritmi olur. Ümumilikdə isə hər üslubun bir səsi
var. Və bu üslubda yazılan şeirlər həmin səsi
verir. Hətta mövzular da eyni ola bilər. Yanaşmalar fərqlidir
sadəcə. Hər kəs mövzunu öz
arşınıyla ölçür .
Və siz bilirsiz ki,
şeirlə şairin təkcə istedadı deyil, təfəkkürü,
ruhunun diapazonu, əxlaqı, hətta dünya
görüşü müəyyən mənada oxucuya
ötürülür. Və bütün bunlar istedadla paralel
oxucunu yanına salıb aparır.
Biz hamımız bir
ağızdan istənilən notu səsləndirə bilərik.
Məsələn: Mi-ni,
ya da re-ni. Amma bu xorun içində kimin səsi gözəldirsə
o seçilir.
Şəxsən mənimçün
haqqında yazdığınız uşaqlar tapıntı
oldu. Şair səliqəsindən tutmuş, pərakəndə
fikirlərə, poetik dilə, epizmlə bağlı dediklərinizə
qədər haqlısız. Elə Əlinin şair
yığcamlığı ilə bağlı
yazdıqlarınız dediyim misranın gücü məsələsinə
gəlib çıxır. Böyük şairlərin
qala-qala şeirlərindən nə yadımızda qalır? Hədəfə
yönəlik şappıltı ilə deyilmiş misralar. Məncə,
şair misraları ilə şairdir. Musiqi, ritm, üslub
öz yerində, amma şairi tez-tez andıran misralardı. Böyük
Nazım Hikmət, bizim Ramiz Rövşən...
Məmləkətim kimi
əsir və yoxsuldur otağım ( N.Hikmət).
Son şair boğulub
öləndə, -
göydən
Ölü allah
düşəcək... (R.Rövşən).
Bu mənada gənc Qismətin
bəyənmədiyiniz şeirində tənqidə tuş gələn
nədir? Misralar. O, Bakının dəyişdiyini ucuz
misralarla ifadə edib. Gündəm mövzularının
şairin kolleksiyasında yer almasında pis heç nə
görmürəm. Amma kiminsə dodağının silikon
olmasını Bakının dəyişməsində əsas
detallardan biri kimi göstərmək bir az zəif
yanaşmadır . Məsələn, bura Xaqani Hasın namnazik
kitabından eşələyib tapdığım yeganə səmimi
misraları yazsam əminəm ki, "bax mən bundan
danışırdım" deyəcəksiz.
Söz ver,
Bakı
gələn
dəfə qapını döyəndə
özün
açacaqsan.
Görürsüz, Vaqif
müəllim, yenə də misralar. Poeziya misraların məkanıdır.
Hətta bir yaxşı misrasıyla da müəllif yadda qala
bilər.
...Və hansı
şairin ədəbiyyatında böyük misralar
çoxdursa o şair böyükdür. Musiqisi ilə misralar
arasındakı harmoniya şeirə qəribə ruh verir və
bu ruh oxucunu mistik auraya salır, duyğulandırır. Dediyiniz
kimi içi məna ilə dolu assosiativ şeir yaranır.
Son vaxtlar müşahidə
edirəm hamı bir-birindən fikir, mövzu, misra
oğurlayır. Görürsən kiminsə yazısında,
ya şeirində başqasından açıq aydın
köçürülmə var. Ədəbiyyat elə bir
yerdi ki, burda yalnız öz beynini köçürə bilənlər
seçilirlər, beyni zəngin olanlar isə qazanırlar. Biz
ikimiz də bilirik ki, ədəbiyyata adını
yapışdırmağa çalışan nə qədər
adam var. Onlar hər vasitəyə əl atıb özlərini
zorla ədib eləmək istəyirlər. Kimsə pulunun
hesabına özünü reklam edir, kimsə ona buna
ağız açır. Kimsə gecə- gündüz
ağzına gələni yazıb çap elətdirir. Kimsə
dostlarını da ayaq altına alır. Amma olmur, Vaqif müəllim,
doğrudurmu? Olmur. Ədəbiyyatın heç kandarına da
yaxın düşə bilmirlər.
Dövr elə
dövrdür ki, sürətlə tanınmaq
üçün iki yol var. Biri önünə gələni
söyüb qabağa düşmək, o biri önünə
gələni tərifləyib qabağa düşmək. Adlarını
çəkdiyiniz uşaqlar istedadlıdırlar. Bir az tələsik
yazsaz da, ümumilikdə özünüzə məxsus
ehtiyatla yanaşdığınız "yolun
başlanğıcında" olanlara ədəbiyyat
obyektivindən baxaraq hərəsinə bir cümlə
ayırmısız.
Yazının ruhu bir vətəndaş
kimi şəxsən mənə ədəbiyyatımızın
gələcəyi ilə bağlı böyük ümidlər
verdi. Elə, ya da belə, müasir Azərbaycan ədəbiyyatı
sel kimi gəlir. Gənc ədiblər oturduqları yerdə ədəbiyyat
onlara "xoş gəldin" dedi. Heç kimin zəhləsini
tökmədilər, heç kimə yalvarmadılar, heç
kimi də söymədilər. Yazdılar. Və nəticə
də bu! Arzulayaq ki, iki yol ayrıcında heç vaxt
qalmasınlar. Yalnız irəli!
Sayğılarla, A.Ə.
14.06.2009
525-ci qəzet.- 2009.- 20
iyun.- S.20.