"Zülmətdə parlayan
qılınc" təqdim
olundu
Dünən Yazıçılar
Birliyində şair-publisist
və nasir Eldar İsmayılın
"Zülmətdə parlayan
qılınc" kitabının
təqdimat mərasimi
keçirilib. Tədbiri
giriş sözü ilə açan şair Ənvər Əhməd E.İsmayılın
təqdim olunan kitabının bədii dəyərindən danışıb.
E.İsmayılın indiyədək
30-dan artıq kitab yazdığını çıxışında
önə çəkən
Ə.Əhməd həmin
nəşrlərdə onun
millətin dərdlərini
qələmə aldığını
bildirib: "Eldar İsmayılın əsərlərində
Qarabağ, Göyçə
dərdi xüsusən
qabardılır. Vətənpərvər
şairin poeziyasının
əsasını onun
vətənə olan bağlılığı, səmimi
sevgisi təşkil edir".
Şair Musa Ələkbərli,
jurnalist Qabil Zimistanoğlu E.İsmayılın təqdim olunan
kitabının tarixi-bədii əhəmiyyətindən bəhs
edərək, mövzunun aktuallığını önə
çəkiblər.
Tarixi-sənədli
"Zülmətdə parlayan qılınc"
romanındakı ictimai-siyasi hadisələr XIX əsrin
sonları, XX əsrin əvvəllərində Qərbi Azərbaycanda,
əsasən Göyçə mahalında və ona yaxın ərazilərdə
cərəyan edir. Əsərin qəhrəmanı uzun illər
çar üsul-idarəsində məmur işləyən
Qaraimanlı Məşədi İsa xeyirxah, maaarifpərvər
və bacarıqlı bir türk oğlu kimi təsvir olunub.
Oxucular Məşədi İsanın və onun
silahdaşlarının timsalında Azərbaycan türklərinin
1905-07, 1918-19-cu illərdə erməni-daşnak birləşmələrinə
qarşı apardığı mübarizəyə yaxından
bələd ola bilərlər. Əsəri qələmə
alarkən müəllif 38-dən artıq tarixi mənbədən
və ədəbiyyatdan istifadə edib.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 24 iyun.- S.7.