Kitabların reytinq cədvəli hazırlanıb

 

Kitab Klubu "Ən çox alınan kitabların reytinq cədvəli"ni təqdim edib. Bununla bağlı yayılan məlumata görə, satış nöqtələrindən ən çox satılan soruşulan kitabların sayı əsasında hazırlanmış reytinqə 30 nəşrin adı daxil edilib. Kitabların siyahısında texniki, siyasi, iqtisadi ədəbiyyat, dərsliklər lüğət üstünlük təşkil edir. Bədii ədəbiyyat kimi ən çox oxunan azərbaycanlı müəllif kimi Varis özünün "Sonuncu ölən ümidlərdir" kitabı ilə fərqlənib. Ötən ilin noyabr ayında müasir dövr üçün rekord sayılan tirajla - 10000 nüsxə çap olunan bu kitab tamamilə satılıb. Buna görə "Literpress" nəşr evində roman 1000 nüsxə ilə təkrar nəşr olunub.

Reytinq cədvəlində həmçinin Paulo Koelo "Əlkimyagər", S.Məmmədov "Masonluq: dünyanı idarə edən qüvvə", O.Gündüz "İnternet. Azərbaycan internet resursları", "Kompüter. İnformasiya texnologiyasının əsasları", "Jurnalistlər üçün informasiya texnologiyaları", M.Ə. Ləmbəli "Türkiyədə sionistlərin fəaliyyəti", Ç.Abdullayev "Quba kapriççiosu", "Payız madriqalı", "Xammurapi məcəlləsi", M.Təkləli "Türk əsilli ruslar", F.Pəhləvi "Xatirələr" (Yıxılan rejimin və bitməyən eşqin hekayəti), K.Yaspers "Tarixin mənası və təyinatı" kimi müəlliflərin əsərləri yer alıb.

   

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 24 iyun.- S.7.