Yazıçılar Birliyində Çingiz
Aytmatov haqqında kitabın təqdimatı olub
Ötən gün Yazıçılar Birliyində
(AYB) "Çingiz Aytmatov:
Mən Manas oğluyam" kitabının
təqdimat mərasimi
keçirilib. Giriş sözüylə
çıxış edən
AYB-nin sədri, xalq yazıçısı
Anar Ç.Aytmatov yaradıcılığının böyük əhəmiyyətini
vurğulayaraq, onun ədəbi irsinin Azərbaycanda da çox sevildiyini, demək olar ki, bütün əsərlərinin dilimizə
tərcümə edildiyini
nəzərə çatdırıb: "Qırğız
xalqı bəşəriyyətə
dünyanın həcmcə
ən iri eposu olan "Manas" dastanı ilə yanaşı, ümumtürk köklərimiz
baxımından, soydaşımız
sayıla biləcək
Çingiz Aytmatovu da bəxş edib. Onun imzası
və əsərlərilə
təkcə qırğızlar
deyil, bütün türk dünyası, o cümlədən Azərbaycan xalqı fəxr edir".
"Çingiz Aytmatov
ona görə nəhəng sənətkardır ki, min illərin
zəngin türk mədəniyyətini öz
yaradıcılığında məhz tarixi inkişaf məntiqi
ilə əks etdirib. Çingiz Aytmatovun məntiqi ilə
sintaksisi arasında əlaqə hansısa "akademik"
stixiya ilə nizama salınır. Həmin stixiya türk
dastanlarının hamısında var. O, bu mənada da türk
mədəniyyətinin fenomenidir". Bu fikirləri tədbirdə
Atatürk Mərkəzinin direktoru, professor Nizami Cəfərov
səsləndirib.
Professor Tofiq Məlikli təqdim
olunan kitabın Ç.Aytmatovun
yaradıcılığını tədqiq etmək istəyənlər
üçün qiymətli mənbə olacağına əminliyini
bildirib.
Səbayel rayon icra
hakimiyyətinin başçısı Sahib Ələkbərov
vaxtilə böyük yazıçı ilə bir neçə
dəfə görüşdüyünü deyərək,
onunla bağlı maraqlı xatirələrini dilə gətirib.
Rusiyanın ölkəmizdəki
səfiri Vladimir Doroxin Ç.Aytmatovun dünya ədəbiyyat
xəzinəsinə dəyərli əsərlər bəxş
etdiyini vurğulayıb.
Rejissor Tofiq
İsmayılov qırğız kinosunun inkişafının
Ç.Aytmatovun yaradıcılığı ilə
bağlı olduğunu qeyd edərək, onun dərin fəlsəfi
əsərləri əsasında maraqlı ekran nümunələrinin
meydana gəldiyini bildirib.
Kitabın tərtibçisi,
şairə-publisist Südabə Sərvi nəşrə həm
Ön söz, həm də Son yazıb. O, Ç.Aytmatovu dahi
şəxsiyyət adlandıraraq, belə böyük insanlar
haqqında kitab yazıb gələcək nəsillərə
çatdırmağın məsuliyyətli iş olduğunu,
görkəmli ədibin "bir Manas oğlu olaraq ruhunun,
adının həmişə dərin hörmətlə
anılacağını" qeyd edib. Kitab AYB-nin 75 illiyi
münasibətilə hazırlanan silsilədən növbəti
nəşrdir. Burada böyük yazıçı haqqında
sənədlər, məqalələr, xatirələr,
müsahibələr və fotoşəkillər toplanıb. Topluda
dünyanın tanınmış qələm adamlarından
Lui Araqon, Muxtar Auezov, Süleyman Dəmirəl, eləcə də
ölkəmizin məşhur şair və
yazıçılarının Ç.Aytmatov haqqında fikirləri
yer alıb.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 25 iyun.- S.7.