Ərdoğan azərbaycanlı rəssamın sərgisinin açılışına qatılıb

 

İstanbulun Topkapı səmtində Polis Təhsil Konqres Mərkəzinin açılışı çərçivəsində azərbaycanlı rəssam Sənan Eynullayevin bal mumundan hazırladığı sərgi nümayiş etdirilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Polis Təhsil Konqres Mərkəzinin açılışında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Baş nazir daimi sərgi üçün hazırladığı bal mumu heykəllərinə görə S.Eynullayevə təşəkkürünü bildirib. Daimi sərgidə Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk, baş nazir R.T.Ərdoğan, İstanbul valisi Müəmmər Gülər, mərkəzi inşa edən adamı Sami Şener başqalarının heykəlləri nümayiş olunur. Bal mumu heykəllərinin paltarlarını isə Türkiyənin məşhur kişi geyimləri modelyeri Faruk Saraç hazırlayıb. Rəssamla modelyer heykəllər üzərində 6 ay işləyiblər.

 

 

525-ci qəzet.- 2009.- 30 iyun.- S.7.