Səyyad Aran "ilin diplomatı" oldu

 

"FİRST BUSİNESS" JURNALI İSTANBULDAKI BAŞ KONSULUMUZU MÜKAFATLANDIRDI"

 

Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran "First Business" jurnalının "Zirvədəkilər-2008" ödülünə layiq görülüb. Bu barədə məlumatı qəzetimizə baş konsulun özü verib. S.Aranın sözlərinə görə, Türkiyədə "Grand Cevahir" oteldə düzənlənən tədbirdə "Zirvədəkilər 2008" mükafatlandırma mərasimi təşkil olunub: "Bir çox nominasiyalar üzrə mükafatlar verildi. Mən isə Azərbaycan-Türkiyə arasındakı dostluq qardaşlıq münasibətlərinin dərinləşməsindəki xidmətlərimə görə, "İlin diplomatı" mükafatını aldım". S.Aranın sözlərinə görə, bu mükafatı alması üçün fəaliyyətində bir çox məqamlar nəzərə alınıb".

Mərasimdə Türkiyənin Kültür Turizm naziri Ertuğrul Günay ilə yanaşı bir çox ölkədən dövlət adamı, diplomat, alim sənətçilər iştirak edib.

Qeyd edək ki, "First Business" jurnalının "Zirvədəkilər 2008" mükafatı hər il adamları, siyasətçilər, sənət diplomatlara verilir.    

 

 

KAMİL

 

525-ci qəzet.- 2009.- 30 iyun.- S.4.