Cənub bölgəsində
Media-Hüquq Mərkəzi
açılıb
MƏRKƏZ PREZİDENT YANINDA
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ
ŞURASININ MALİYYƏ DƏSTƏYİ İLƏ FƏALİYYƏTƏ
BAŞLAYIB
Ötən həftə
Lənkəranda Azərbaycan Jurnalistlər Birliyinin (AJB)
bölgə üzrə yaradılmış Media-Hüquq Mərkəzinin
açılışı olub. Qeyd edək ki, Mərkəz
AJB-nin "Cənub regionunda fəaliyyət göstərən
jurnalistlərin hüquqi maarifləndirilməsi" layihəsi
cərçivəsində Prezident Yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə fəaliyyətə
başlayıb. Təqdimetmə mərasiminə bölgədə
fəaliyyət göstərən qəzetlərin əməkdaşları
qatılıblar.
"Cənub regionunda fəaliyyət
göstərən jurnalistləin hüquqi maarifləndirilməsi"
layihəsinin koordinatoru Xaqani İbadov bildirib ki, layihənin məqsədi
Cənub bölgəsi üzrə KİV-lərdə
calışan jurnalistlərin hüquqi biliklərinin
artırılması, yerli jurnalistlərə mətbuat sahəsində
mövcud qanunvericilik bazası, onun verdiyi imkanlar və vəzifələr,
jurnalist peşəkarlığının
artırılmasında qanunvericilik bazasının vacibliyini və
məsuliyyətini aşılamaqdır. Layihə çərçivəsində
yerli kütləvi informasiya vasitələrinə və
jurnalistlərə onların fəaliyyətində meydana
çıxan bütün məsələlərlə
bağlı pulsuz hüquq və informasiya yardımı
göstəriləcək. Gələcəkdə ölkənin
digər regionlarında da bu tip layihə həyata keçiriləcək.
Azərbaycan Jurnalistlər
Birliyinin məsul katibi Şahin Babayev qeyd edib ki, layihənin həyata
keçirilməsi ümumilikdə Cənub bölgəsində
mətbuatın inkişafına əhəmiyyətli stimul verəcək.
Media-Hüquq Mərkəzi bölgədə fəaliyyət
göstərən jurnalistlər və mətbu orqanların
peşəkarlıqlarını artırmaları
üçün zəruri hüquqı bilik və
bacarıqlar əldə etmələrinə öz töhfəsini
verəcək. Eyni zamanda Media-Hüquq Mərkəzinin
yaradılması onların hüquqi problemlerinin həllində,
onlar arasında müntəzəm, sabit əlaqələrin
qurulması, əlaqələndirmə işlərinin həyata
keçirilməsində yardımçı olacaq. Ş.Babayev
bildirib ki, AJB qurumun nəzdində olan Jurnalist Sənətkarlığı
İnstitutunu yenidən bərpa etmək niyyətindədir və
burada bölgə jurnalistləri ilə bağlı xüsusi
proqram hazırlanacaq.
O, yerli jurnalistləri
AJB-nin saytı olan ajb.az-da yazılarla çıxış
etməyə dəvət edib.
Onu da qeyd edək ki,
layihə çərçivəsində regional nəşrlərin
hüquqi məlumatlandırmasına xidmət edəcək
hüquqi məsləhətlər, treninqlər və digər
tədbirlər keçiriləcək. Bu həmçinin digər
regionlarda KİV-lə işləyən mütəxəssislərlə
informasiya mübadiləsinə kömək edəcək.
AJB-nin Media-Hüquq Mərkəzinin
nəzdində jurnalistlərin sərbəst istifadə edə
biləcəyi media ilə bağlı kitabxana, kompyuter mərkəzi
fəaliyyət göstərir. Azərbaycan Jurnalistlər
Birliyinin Media Hüquq Mərkəzinin konfrans zalından yerli
media strukturları, jurnalistlər, QHT-lər, ictimai təşkilatlar
pulsuz istifadə edəcəklər.
KAMİL
525-ci qəzet.- 2009.- 30 iyun.- S.2.