Azərbaycan rəssamı Moskvadakı festivalda mükafat alıb

 

Moskvada keçirilən "Ənənə müasirlik" adlı III Beynəlxalq İncəsənət Festivalında azərbaycanlı rəssam mükafata layiq görülüb. Mədəniyyət Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, nazirliyin dəstəyilə festivalda ölkəmizi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, əməkdar rəssam Fərman Qulamov təmsil edib. Artıq üçüncü dəfə keçirilən festivala Azərbaycan nümayəndəsi ilk dəfə qatılıb. Dünyanın 20-dək ölkəsindən Rusiya Federasiyasının 15 subyektindən olan tanınmış rəssamların qatıldığı festivalın ən yüksək nominasiyası sayılan "Rəngkarlıqda ənənələrin saxlanması" üzrə mükafatlandırılan 4 rəssamdan biri Fərman Qulamovdur. Mükafatların təqdimetmə mərasimi iyunun 24-də Moskva Et Cetera Teatrının binasında keçirilib. Mərasimdə Moskva meriyasının rəhbərliyi, Rusiyanın tanınmış rəssamları incəsənət xadimləri iştirak edib, tədbirdə Azərbaycan rəssamının əsərləri yüksək qiymətləndirilib.

Qeyd edək ki, Fərman Qulamov Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. İlk dəfə 1973-cü ildə sərgidə iştirak edib. 1994-cü ildə F. Qulamov "Humay" mükafatına layiq görülüb.

 

 

 525-ci qəzet.- 2009.- 30 iyun.- S.7.