Bir daha Xocalı soyqırımı haqda

 

Gündüzü və gecəni, göy üzünü bəzəyən günəşi, ayı və saysız-hesabsız ulduzları müvazinət içində saxlayan Allahdır. Kainatda hökm sürən Onun qanunlarıdır. Müvazinət pozulanda bir ulduz parçası belə dünyanı toz halına gətirə bilər. Yer üzündə isə dünya qanunları var. O qanunları qorumaq biz bəndələrin borcudur. Qorumayanda müvazinət itir. Bir nəfərin və ya cəmin, bir az da uzağa getsək fövqəl dövlətin səhlənkarlığı beynəlxalq aləmi toz halına-xakabazara çevirən bir olay yaşanır. Bir vətəndaş kimi millətin dərdinə şərik ola, imkanımız daxilində onu ovundura bilməsək, onun adi şənliyindən uzaq düşərik.

Yer üzündə dərdli millətlər çoxdur. O dərdləri bölüşə bilsək, səbəbkara "dur" deməyə cürətimiz çatsa, ona barmaq silkələsək ucalarıq. Belə davransaq dərdlərə məlhəm qoymuş olarıq. Ətrafımızdakılara qarşı yox, özümüzə qarşı amansız olmalıyıq !

Azərbaycan üçün Xocalı soyqırımı böyük bir dərddir. Unutmaq mümkün deyil bu niskilli günləri. Tanrı hökmünü verəcək.

Şən günləri unutmaq çox asandı. Xocalı faciəsi isə unudulası deyil. Hər il onu anırıq, hər günün bir anını- Xocalını yaşayırıq. Doğmaların itkisi ilə barışmaq, namərd işgəncələrini yaddan çıxarmaq çətindir, çox çətin! Tanrı millətimizi yalanlardan, yolunu azmış millətlə münasibətdən və onunla münaqişəyə girməkdən qorusun. Atalar sözüdür, ilanların ən yaxşısı elə ilandır. Pis millətdən ibarət toplum da ilan kimidir.....Tanrı hifz etsin!

Dövlətlər böyüklüyündən və kiçikliyindən asılı olmayaraq öz adət-ənənəsinə, bəşər övladına, ən nəhayət özünə hörmət edə bilmirsə başqa dövlətlərdən və millətlərdən də hörmət gözləməsi ən azı sadəlövhlükdür.

Belə məsələlərdə vaxt istəmək və yaxud nəyisə gözləmək üçün təqvimdə hər hansı düzəlişlərin, islahatların aparılmasına ehtiyac qalmır. Hər dövlətin,millətin öz əxlaqı var, o qorunmursa, deməli, dəyəri də...........

Polyak yazıçısı Stanislav Yeji Hets qeyd edir ki, insan - məhəbbətin əlavə məhsuludur. Bunu elə bütöv bir millətə də şamil etmək olar. Dinc insanların məhv edilməsini qarşısına məqsəd qoyan, anaların bətnlərini süngüdən keçirən millətin övladlarına insan- məhəbbətin əlavə məhsuludur- demək olarmı? Olarsa onda bəs insan nədir?

Həyatda bu və ya digər əmələ görə cəza tətbiq edilərkən hədd pozulur. Sadəcə buna əhəmiyyət verilmir. Faciəmiz ondadır ki, kiminsə qayğısına qalmaq istəmirik. Daha betəri isə bizə də qayğı göstərən tapılmır.

Bəzən bataqlıqları da dərin görürük. Amma bu təsəvvürlər yanlış olur. Fikirlərin dərinliklərinə inanaq, ora baş vuraq. Xocalı dərdlərimizin dərinliklərində bitən harayımızdır. Eh, vay-deyən anamızdır, ağlayan cağamız və nakam gedən cavanlarımızdır..... Kor inamın acıqlı gözləri olur- deyirlər. İnamı kor, gözləri ac və niyyətində qisasçılıq olan millətin gələcəyi olmaz. Ermənilər bizim bu günümüzün yox, sabahımızın və gələcəyimizin düşmənidir. Düşməni dosta çevirmək böyüklükdürsə, onda bəs, Xocalı soyqırımını hara yazaq ki, yaddan çıxsın? Qəlbimizə! Qəlbə yazılan isə unudulmur, arkadaşlar! Vallah unudulmur!

Müdriklər deyirlər ki, hər şey insanın öz əlindədir, onu tez-tez yumaq lazımdır.

Əlləri qana bulaşmış, əyrilikdən başqa bir işlə məşğul olmayan, köməksizlərin, uşaqların və qadınların ölümündə-soyqırımında əllərinin izi olanlar gündə yüz yol yuyunsalar da, hətta yansalar belə, yenə o əllər təmizlənməz !

Xocalı faktını - qətliamı beynəlxalq aləm hansı "dəbdə", hansı formada geyindirsə də o çılpaqlığı ilə görünür və inkar olunmazdır. Bu, beynəlxalq cinayətdir. Onun iştirakçıları da, təşkilatçıları və icraçıları da Haaqa tribunalında cavab verməlidirlər! Biz də hazır olmalıyıq.

Zaman sübut edir ki, insanlar ən çox ideya uğrunda qurban gedirlər. Ermənilərin ideyaları puç və vəhşi aləmin ideyasıdır. Sivil dünyada belə ideyalara yer yoxdur. Nə vaxtsa onlar öz ideyalarının və əməllərinin qurbanına çevriləcəklər. Onun şahidi olacağıq.

Həqiqəti axtarmaq üçün axan çayın hərəkət istiqamətinə qarşı üzməyə o qədər də ehtiyac qalmır. İstiqlalımızı istəyiriksə, onu qorumalıyıq və heç kimə verməməliyik,heç kimə etibar etməməliyik! Dinimizin qayəsi də, insanlığın mahiyyəti də bundan ibarətdir. İstiqlalı olmayan millətin gələcəyi də olmaz! Öz səadətini başqasının qətliamında axtaran millətin taleyi isə görünməz. Tanrının əzab yağışı harda olsa, onları haqlayacaq!

 Gəlin razılaşaq ki, güc həqiqətin tərəfində olur. Azərbaycan güclüdür ona görə ki, haqq onun, və o, haqqın tərəfindədir. Quzu ilə canavarın düşüncəsində "böyüklük" və "azadlıq" necədirsə, ermənilərin də yırtıcı təfəkkürlərində yaşamağın mahiyyəti elədir. Yırtıcı heyvanları öz əməllərindən çəkindirmək mümkün olmadığı kimi erməniləri də alçaq niyyətlərindən yayındırmaq çətindir. Onların milli ideyalarında bədbəxtliklərin və bədxahlıqların yuvası var. Onun qaranlıqlarında başqa millətlərə qarşı düşmənçilik, qisasçılıq və nifrət hissləri cücərir. Ey ölkəmizin alicənab insanları, birləşin ki, belə hallara imkan yaranmasın!


   

Şəmsəddin ƏLİYEV

 

525-ci qəzet.- 2009.- 4 mart.- S.2.