Ağalar Mirzə ayrılığı
Şair, telejurnalist
və alim dostum, mərhum Ağalar Mirzənin bu gün ilidir. Həmişə
işdən başı
açılmayan, ömrünün
mənasını çalışıb-vuruşmaqda,
axtarışda, yazıb-yaratmaqda
görən, elə buna görə də bir qədər
özünə qapılan,
dostlarla, tanış-bilişlərlə
az ünsiyyət saxlayan, üzdən sərt, içdən kövrək bir insan, çiyin yoldaşımız Ağalar
Mirzə düz bir il əvvəl
qatarımızdan ayrıldı,
sıramızdan getdi.
Onun ictimai
həyatı bəlkə
də şəxsi tərcümeyi-halından daha
zəngin oldu. Ömrünü
radioya, televiziyaya bağlamışdı bu
adam. Fikri-zikri həmişə
çəkdiyi və
çəkəcəyi verilişlərin
yanında idi. Azərbaycanımızın hər
qarışını gəzmək,
onun özəlliklərini
və gözəlliklərini
kameranın, yazının
yaddaşına köçürmək,
vətəni vətən
eləyən insanları
tanıtmaq, milli dəyərlərimizi üzə
çıxartmaq, sözü,
sənəti qiymətə
mindirmək, eyni zamanda öz peşəsinin incəliklərinə
yiyələnmək, işindən
zövq almaq - baxın, bunların hamısı rəhmətlik
dostumun elədikləri
idi.
Ağalar, Novruzun
gəlişinə çox
sevinərdi. Bu qədim, müqəddəs
bayramımızla bağlı
kitab yazmışdı,
şeirlər qoşmuşdu,
yurdumuzun ayrı-ayrı
bölgələrində saysız-hesabsız
Novruz verilişləri
çəkmişdi. Taleyin qisməti
beləymiş ki, sevdiyi günlərdə, Novruz çərşənbələri
arasında onun ruhu bir qaranquş
kimi bədənindən
uçub, haradasa özünə yuva qurdu.
Ayrılıqlar içində bir Ağalar Mirzə ayrılığı da
var.
O, adını,
balalarını, kitablarını,
verilişlərini vətən
üçün qoyub
getdi.
Ruhu şad
olsun!
Əjdər OL
525-ci qəzet.-2009.- 5 mart.- S.7.