Bayraq
"Ya Allah" deyib
al əlinə, İrəli
bax,
Özünü aparmasa,
Ruhunu aparacaq
Bayraq... Ruhundu ağ
göyərçin,
Göy üzü
gömgöy bayraq,
And göyərsə
dilində
Köməyə
çatan çatacaq.
Qaldır bayrağı
köksündən
Allah pənahına!
Qan qardaşınca sev
Kim ki təkdi...
"hu-hu" deyincə
Qapılar
açılacaq.
Əynindəki laləli
köynəkdi
Əlindəki bəxtəvər
bayraq.
Çap atını
hünərlə,
Köksünlə
axını yar,
Bayraq tutan ərlər
Yarasını yalayar.
Örtüləcək
üzünə
Qapılar... son kərə
bax.
Taleyi hər kişiyə
Ya kəfəndi, ya bayraq.
1990 Yaddaş günü
Bu sevinc yoludur,bu qəm
yoludur,
Gəlirəm sevinclə,
dönürəm qəmlə.
Burda
qayğılarım əlimdən tutur,
Dərdimi bölürəm
yoldan ötənlə
Bu doğma
torpağın adı Dəvəçi,
Beşiyim
çürüyür, qəbrim göyərir.
Mənim sevinclərim o
yerdən keçir,
Mənə o yerlərin
daşları dəyir.
O da balacadı,
fağıram mən də,
Evləri kasıbdı,
küçələri dar.
Sönsə
işıqları günün birində
Gözlərimdən
işıq aparacaqlar.
Saçımı
oxşayır söyüdləriylə,
Baharda iydələr ətirlər
məni.
Bu kasıb küçələr,
bu dar küçələr
"Varlı"
günlərimə ötürər məni.
Dostlar süfrəsini
açar xətrimə,
Başlar təzə
günün köhnə söhbəti.
Mənə çay gətirmə,
çörək gətirmə,
Bacarsan, o gündən
xatirə gətir.
Səhər dən
dalınca qaçır quş kimi,
Can gedir, ruh qalır,
qalırsa ürək.
Onların ömrünü
kəsir iş günü,
Onların dilini
qısaldır çörək..
Çoxları dəyişib,
çox da danırlar,
Hər kəs ötən
günü gizlədə bilmir.
Onlar dərdlərindən
çox utanırlar,
Gülüş də
bu dərdi gizlədə bilmir.
Şəkil
Mənə bənzəyirsən
mənim şəkilim,
Canın olmasa da dirisən,
diri.
Sənin də bəxtinə
qələmmi çəkir,
Jurnal vərəqində
paxılın biri?
Mən heyran kəsildim
bu bənzəyişə,
Susub
baxışların - dəniz kimi lal.
Səni bir gözələ
"əsir" etmişəm,
Məni özü ilə
aparıb xəyal.
Yox olub gedənəm,
bu gün ki, varam,
Bəlkə bir
anımsan əlimdən qaçan.
Mən
özü-özümə xəyanətkaram,
Sən bu xəyanətin
üstünü açan.
Əyirmi dünyanı
düzlük eləyən?
A "rəngi
saralan", qan qardaşımsan.
Mənim surətimi
təsdiq eləyən
Möhürlü, yazılı arayışımsan.
Köç gedib yerini tutur
dərində,
Hələ gözümüzə
gözümüz baxır
Sahibi köçəndə,
şəkillərin də
Çiynini qapqara
haşiyə sıxır.
Mənsiz
güzaranın çətin olacaq,
Yolunda sınaqdı -
yanır ocaqlar.
Məni hünərimdən,
bacarığımdan,
Səni
baxışından tanıyacaqlar.
Şairlər
Şeirlər doğulur
ömrün yaz çağı,
Qanını, suyunu
içir ürəkdən.
Şairlər qəlbində
çatıb ocağı
Özü öz oduna
yanan mələkdi.
Döyür
yaddaşımı misralar, döyür,
Haqq olan, düz olan
söz hərdən gəlir.
Vallah gülə-gülə
yazdığım şeir
Ən gizli, ən
doğma kədərdən gəlir.
Bəlkə də
hüsnünə vurğunam deyə,
Məni körpə
bilib, o, dil açdırır.
Çəkir Allah kimi
adımı göyə
Yağıdan, yamandan
uzaqlaşdırır.
Təkcə əzabkeşi
öz qadınıdı
Sevgi şeirləri ona
yad düşür.
Ən adi şairin
arvadına da
Həyatda ən ali
mükafat düşür
Hər günü
şairə ölüm bağışlar,
Günləri
yığışıb il bağışlamaz.
Şairlər adama
ömür bağışlar,
Elə kasıb olar,
gül bağışlamaz.
Dərd kimi yükləri
söz eləyirik,
Əzrayıl
üzünə qapı açdırıb.
Şairlik deyil ki, biz eləyirik,
Hərə
ölümünü yaxınlaşdırır.
Toy
Qardaşım Ağaseyidə
Onu bir fərarinin
Toyuna
çağırdılar,
Qollarını
"bağlayan"
Oyuna
çağırdılar.
Qonşudu, qapı
qonşu
Fərari olsa belə,
Hara qoyub qaçasan
O qoyub qaçsa belə,
Fərari taleyindən
Fəxriyyə açsa
belə.
Oğlu fərari ilə
Bir döyüş yolu
keçib,
Oğlu vurulub qaldı
Dərdi, dərmanı
ilə,
Fərari azad oldu
Sülh fərmanı ilə.
İndi toyu tutulur
Qonşu da qalıb
naçar,
Toy da Vətən
torpağı,
O, qoyub hara qaça?
Çox da fərari
qonşu
Oğlunu qoydu
qaçdı,
Toy da Vətən
haqqıdı
Toyla yas borcaborcdu.
Biri borcunu orda
Vətənə, elə
verdi,
Biri fərari olub
Vətəni yelə
verdi.
Üstəlik qonşunu
da
Əsir edib nə
vaxtdı...
Toy qonşuda -
yaxında,
Sevinc min il uzaqda.
Əli qalxmadı gedə
Fərarinin toyuna,
Allahın işinə
bax:
Yası bir yana
qalsın,
Adamı toyu ilə
Salır bitməz oyuna.
2000
Unutma
Mən gedirəm
uzağa,
İzim, məni unutma.
Bezdim özümdən
daha,
Dözüm, məni
unutma.
Ölüb gül kimi
bitsən,
Gələn yaza
ümidsən...
İşdi, oğlum
unutsa,
Qızım, məni
unutma.
Baxmağa göz vermisən,
Əcəli tez vermisən...
Sən mənə
söz vermisən,
Sözüm, məni
unutma.
Ağalar Mirzə
525-ci qəzet .-2009.- 5 mart .- S.7.