Parça memarlığı
sahəsində seminar
keçirilib
Ötən gün
"Bravo Tent" şirkəti parça memarlığı
sahəsində növbəti
seminarı keçirib. Seminarın əsas məqsədi
iştirakçıları parça memarlığındakı
müasir tendensiyalarla
yaxından tanış
etmək olub. Bildirilib ki, hazırda parça memarlığı memarlığın
qotika və barokko kimi növlərinin
bir hissəsidir: "Burada əsas materialı gün və yağışdan qorunmaq üçün çəkilən yelkən
daha dəqiq desək, tent-örtü təşkil edir ki, bu da
şüşə, ağac,
dəmir və daşdan sonrakı tikinti materailı hesab olunur. Bu,
asan və yüngül quraşdırılmaq,
təzyiqədavamlılıq xüsusiyyətləri daşıyır.
Artıq tikintiləri
sürətli və müasir görkəmli edən, xay-tekin siması olan bir komponent də
mövcuddur. Bu paradoksal innovasiyanın adı parça memarlığıdır. Şeyxlər
və oliqarxlar da özlərinin və ya uşaqlarının
toy mərasimlərində
bu cür tent konstruksiyalarından istifadə edirlər, idman yarışları da bunsuz keçinmir.
Hətta sonuncu Pekin Olimpiadasında da bunlardan istifadə
olunub. "Valter
SAS", "Memranbau SA", Vektor Foiltek, "Ferrari SAS" kimi aparıcı şirkətlər
ilə bu günədək əldə
edilən təcrübə
Azərbaycanda parça
memarlığı sahəsində
təkrarolunmaz, orijinal
və əhəmiyyətli
obyektlərin yaradılması
mümkünlüyündən söhbət açmağa
imkan verir".
Ülkər NƏBİYEVA
525-ci qəzet.-2009.- 5 mart.- S.6.