Ədəbiyyat tarixinin köhnə probleminə yeni baxış

 

Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatı qədim zəngin bir ənənəyə malikdir. Əlbəttə, söz sənəti qədər əski yaranış tarixinə, daha çox bədii məhsullara, şaxəli istiqamətlərə malik olursa, sözün yaxşı mənasında onun problemləri, tədqiqat üçün material verən xassələri çox olur. Xoşbəxtlikdən bizim söz sənətimiz belə bir məziyyətə malikdir. Bu deyilənlərdən əlavə bizim ədəbiyyatımızı başqa bir diqqətəlayiq cəhət fərqləndirir: çoxdillilik.

Məlum həqiqətdir ki, tarixi ədəbi-mədəni mühit, ictimai-siyasi şəraitlə bağlı bizim söz sənətimiz müxtəlif dillərdə meydana gəlib. Məsələn, ərəb, fars ana dilində. Həm ana dilində yaranan ədəbiyyatımızın tarixi zamanca öz zühurunu daha gec tapıb. Həmin tarix XIII-XIV əsrlərə aiddir. XIII yüzillik ana dilli ədəbiyyatımızın ilk bədii məhsullarının ortalığa çıxdığı ilk əsr kimi götürülür.

 Əlbəttə, ana dilli söz sənətinin təşəkkülü, həmin təşəkkülü şərtləndirən mümkün edən amillər, bu yönümdə ənənədən bəhrələnmə onun miqyası, ictimai-siyasi tarix ana dilli bədii fikir digər problemlər ədəbiyyatşünaslığımızın öyrənməli olduğu vacib məsələlərdəndir.

Həqiqət naminə etiraf etməliyik ki, bizim klassik ədəbiyyatımızın, o cümlədən ana dilli ədəbiyyatımızın öyrənilməsi sahəsində xeyli görülüb. F.Köçərlidən başlayaraq ədəbiyyat tarixçiliyimizin 100 illik tarixi ərzində görülən işlərin, aparılan tədqiqatların dəyəri ölçüyəgəlməzdir. Lakin çox təəssüf ki, indiyə qədər anadilli Azərbaycan ədəbiyyatının təşəkkülü geniş hərtərəfli mənada, yuxarıda göstərdiyimiz səbəblər çərçivəsində araşdırma predmetinə çevrilməyib. Yəni necə oldu ki, bizim ana dilli ədəbiyyatımız məhz XIII əsrdə təşəkkül tapdı? Bu təşəkkülü şərtləndirən mümkün edən səbəblər, onu qidalandıran amillər hansılardır? Milli dildə ərsəyə gələn bədii düşüncə məhsulları ədəbi ənənədən nəyi əxz etdi? Dini-mənəvi faktorların bu yönümdəki rolu təsiri nədən ibarətdir?

Aparılan araşdırmalarda XIII əsr milli dildə yaranan bədii ədəbiyyatın birbaşa zühuru əsri kimi göstərilir sonra konkret ədəbi şəxsiyyətlərin həyat yaradıcılığının, bədii materialın öyrənilməsinə keçilir. Nəticədə ana dilli ədəbiyyatın yaranışının səbəbləri yuxarıda nəzərə çatdırdığımız məsələləri aydın olmur. Halbuki problemin bu şəkildə qoyulub araşdırılmasına çox ciddi ehtiyac var idi. Bu istiqamətdə ədəbiyyatşünaslığımızda, həqiqətən, bir boşluq mövcud idi. Həmin boşluğu doldurmaq mənasında filologiya elmləri namizədi, dosent Yaqub Babayevin 2008-ci ildə çap olunan "Ana dili Azərbaycan ədəbiyyatının təşəkkülü epik şeirin inkişafı (XIII-XIV əsrlər)" (Bakı, ADPU, 2008) adlı monoqrafiyası xüsusi dəyər çəkiyə malikdir.

Gərgin zəhmətin, uzun müddətli axtarışların bəhrəsi olan monoqrafiya iki fəsildən ibarətdir. I fəsil bütövlükdə ana dilli Azərbaycan ədəbiyyatının təşəkkül probleminə həsr edilib. Müəllif milli dildə yaranan ədəbiyyatın təşəkkülünə geniş müstəvidə baxır. Hər şeydən əvvəl, bu təşəkkülun XIII əsrdə baş verməsinə, haqlı olaraq, şübhə ilə yanaşır. Məntiqi nəzəri mülahizələr əsasında sübut etməyə çalışır ki, əslində "təşəkkül" daha əvvələ aid olmalıdır. Ancaq təəssüf ki, əvvəlki dövrün ana dilli bədii nemətləri gəlib bizə çatmadığından biz həmin "təşəkkül"ün tarixini XIII əsrdən götürməyə məcburuq.

Azərbaycan ərazisinin qədim türk yurdu olduğunu tarixi mənbələrə istinadən şərh edən tədqiqatçı qeyd edir ki, qədim mədəniyyəti, yazısı, məktəbi, maarif sistemi, bədii yaradıcılıq qüdrəti olan bir xalq ola bilməzdi ki, XIII əsrə qədər ana dilində əsər yazmasın. Alim istər bu paraqrafda, istərsə monoqrafiya boyunca öz fikirlərini həmişə konkret faktlar mənbələr əsasında əsaslandırmağa çalışır. Elə buna görə onun qənaətləri sübutlu inandırıcı görünür. Y.Babayev ana dilli Azərbaycan ədəbiyyatının qida mənbələrinin şərhinə geniş yer verir. Bu mənbələr içərisində XIII əsrə qədərki ümumtürk ədəbiyyatına onun ənənəvi istiqamətlərinə nəzər salınması, onun Azərbaycan ədəbiyyatı ilə əlaqələndirilməsi maraqlı məzmunlu təsir bağışlayır. Müəllif haqlı olaraq vurğulayır ki, Azərbaycan xalqı ümumtürk birliyinin bir toplumu olduğu kimi onun ədəbiyyatı da ümumtürk ədəbiyyatının bir qoludur.

Monoqrafiyada islam dininin anadilli Azərbaycan ədəbiyyatının təşəkkül inkişafında oynadığı rola da xüsusi diqqət yetirilir. Tədqiqatçı doğru olaraq qeyd edir ki, monoteist inanca əsaslanan islam dini türklərin tək tanrıçılıq etiqadına uyğun gəlirdi. Elə buna görə türklər bu dini çox tez qəbul etdilər mənimsədilər. Eyni zamanda islam özünün pak əxlaqı, görüşləri, nəcib ideyaları, mütərəqqi modeli, ilahi təlqinləri ilə bədii ədəbiyyata, o cümlədən milli dillərdə yaranan ədəbi məhsullara da qida verdi. Quranın, islam müqəddəslərinin rəngarəng təlqin təbliğat hədəflərini, rəvayətlərini, sünnə hədislərini ana dilində bədii sözün obyektinə çevirmək zərurəti yarandı.

I fəsildə kifayət qədər uğurlu fikirlər söyləyib münasib elmi nəticələrə gələn alim II fəsildə eyni nailiyyəti əldə edir. Bu fəsil XIII-XIV əsrlərdə ana dilli epik poeziyanın inkişafına həsr olunub. Müəllifin tədqiqatçı səriştəsi burada da özünü aydın şəkildə hiss etdirir. O, təşəkkül ilkin inkişaf mərhələsində meydana gələn anadilli epik nümunələrə məhdud birtərəfli yanaşmır. Onları müxtəlif rakurslardan şərh etməyi bacarır. Bu cür əsərlərin milli dildə qələmə alınmasının səbəblərini aydınlaşdırmaqla yanaşı onların qida mənbələrini, mövzu ideyalarını, obrazlar aləmini, janr, vəzn, süjet kompozisiya xüsusiyyətlərini, dil üslubi məziyyətlərini elmi analizin hədəfinə çevirir.

II fəsildə XIII-XIV yüzilliklərdə milli dildə hasilə gələn epik əsərlər mövzu ideya istiqamətinə görə qruplaşdırılır yarımfəsillər üzrə təhlil edilir. Belə bir bölgü tamamilə məqbul görünür.

"Dastani-Əhməd Hərami" "Qisseyi-Yusif" (Qul Əli) poemaları ilə yanaşı son illərdə üzə çıxarılmış "Mehri Vəfa" (İsa) poemasının XIII əsr abidəsi kimi dəyərləndirilməsi ağlabatan görünür. Tədqiqatçı tatar alimlərinin tatar ədəbiyyatı nümunəsi hesab etdikləri "Qisseyi-Yusif" poemasını Azərbaycan abidəsi kimi dəyərləndirərkən məntiqli inandırıcı hərəkət edir, elmi dəlillərə söykənir.

Dosent Y.Babayevin haqqında qısaca bəhs etdiyimiz monoqrafiyası ədəbiyyat tariximiz üçün qiymətli bir tədqiqat əsəri kimi qiymətləndirilə bilər. Əminik ki, müəllif gələcəkdə bu istiqamətdə araşdırmalarını davam etdirəcək.

 

 

Bədirxan ƏHMƏDOV,

filologiya elmləri doktoru

 

525-ci- qəzet.-2009.- 11 mart.- S.7.