Cəfər Cabbarlının 110 illiyi qeyd olunub

 

Böyük dramaturq Cəfər Cabbarlının ev-muzeyində ölməz sənətkarın 110 illik yubileyi qeyd edilib. Atasının həyat yaradıcılığından danışan Gülarə Cabbarlı onun uğur çətinliklərlə dolu qısa, ancaq şərəfli, ibrətamiz ömür yaşadığını vurğulayıb.

Filologiya elmləri doktoru Rəhim Əliyev C.Cabbarlını görkəmli mütəfəkkir və ustad dramaturq kimi səciyyələndirib.

Dramaturqun nəvəsi Qəmər Seyfəddinqızı yubiley tədbirlərinin davamlı olacağını, mərasimlər silsiləsinin martın 20-nə kimi davam edəcəyini bilidrib.

Tədbirdə verilən açıqlamaya görə, bu yaxınlarda Cəfər Cabbarlının "Sevil" pyesinin 80 illiyi qeyd olunacaq və bu münasibətlə əsər yenidən səhnələşdiriləcək.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.-2009.- 13 mart.- S.7.