Xalq rəssamı
Məmmədağa Hüseynovun
yubileyi qeyd edilib
Muzey Mərkəzində
xalq rəssamı Məmmədağa Hüseynovun 80 illik
yubileyinə həsr olunmuş tədbir keçirilib. Mərasimdə
çıxış edən Dövlət Film Fondunun direktoru
Cəmil Quliyev, kinoşünas Aydın Kazımzadə və başqaları
M.Hüseynovun yaradıcılığı haqqında məlumat
veriblər.
Çıxışlarda
tanınmış sənətkarın "Ögey ana",
"Böyük dayaq", "Sehrli xalat", "Əhməd
haradadır?", "Liftçi qız", "Bizim Cəbiş
müəllim", "O qızı tapın" və
başqa filmlərə bədii tərtibat verdiyi vurğulanıb:
"Öz dövrünün təsviri sənət məktəbinin
ən yaxşı ustalarından dərs almış
M.Hüseynov yeni nəsil Azərbaycan rəssamlarının
yetişməsi üçün də böyük işlər
görüb".
Tədbirdə
sənətkarın tərtibat verdiyi kinofilmlərdən
fraqmentlər nümayiş etdirilib.
Foyedə sənətkarın
rəngkarlıq əsərləri, filmlərə çəkdiyi
eskizlər sərgilənib.
S.MÜRVƏTQIZI