"Qadın, gözəllik incəsənət"in qalibləri mükafatlandırılıb

 

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Fotoqraflar Birliyinin dəstəyilə gənclər arasında keçirilən "Qadın, gözəllik və incəsənət" mövzulu fotomüsabiqənin yekun sərgisinin açılışı olub. Qaliblərin müəyyənləşdirilməsi üçün münsiflər heyəti fotonun keyfiyyəti, yaradıcılıq ideyasının orijinallığı və bədii ifası, mövzuya uyğunluğu meyarlarını əsas götürüb və qiymələndirmə bal sistemi ilə aparılıb. Həvəskar fotoqraf Nigar Dadaşovanın "Mən, sən və o" fotosu müsabiqənin qalibi olub. "Ana" fotosuna görə Natalya Əbilova 2-ci, "Ananın qızı" fotosunun müəllifi Alyona Bandurina isə üçüncü yeri tutub. Bundan əlavə 3 gənc müəllif - Əli Abdullayev, Şamil Talıbov, Məryəm Mirzəlizadə həvəsləndirici mükafatlar alıblar. Müsabiqə qaliblərinə Gənclər və İdman Nazirliyinin fəxri fərmanı, mükafat və hədiyyələr təqdim edilib.


   

S.QARAYEVA

 

525-ci qəzet.- 2009.- 14 mart.- S.20.