"Bir savaş, bir zəfər, bir dastan"

 

TÜRK ORDUSUNUN ÇANAQQALA ZƏFƏRİNİN 94 İLLİYİ BAKI SLAVYAN UNİVERSİTETİNDƏ QEYD OLUNUB

 

Dünən Bakı Slavyan Universitetində (BSU) Çanaqqala zəfərinin 94-cü ildönümünə həsr olunan "Bir savaş, bir zəfər, bir dastan" adlı tədbir təşkil edilib. BSU-nun tələbələri Can Mustafa Sunku Günay Mədətovanın aparıcılığı ilə keçirilən mərasim Türkiyə Cümhuriyyətinin dövlət himnilə açılıb. Sonra tədbir rektor Kamal Abdullayevin çıxışı ilə davam etdirilib. Çanaqqala zəfərinin böyük önəm daşıdığını, türk dünyası tarixində xüsusi yer tutduğunu əsaslandıran rektor "Bizim irəlidə hələ çox çanaqqalalarımız, zəfərlərimiz var" sözlərini xüsusi vurğulayıb. K.Abdullayev Azərbaycan Türkiyənin möhkəm dostluq, əməkdaşlıq münasibətlərinin daimi olacağına inandığını qeyd edib.

Türkiyənin Azərbaycandakı səfirinin müavini Erkan Özoral, Bakıdakı hərbi attaşenin müavini Özçan Kuzey, təhsil müşaviri Halis Koyunçuoğlu, Qafqaz Universitetinin rektoru Ahmet Sanic tədbirə qatılıblar. Çanaqqala zəfərinin Türkiyə tarixində qoyduğu şərəfli izlərdən söz açan Erkan Özoral Halis Koyuncuoğlu iki ölkənin gəncləri arasında qardaşlığın möhkəmləndirilməsində BSU-nun xüsusi rolundan məmnunluqla söz açıblar.

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin müəllimi mayor Fikrət Axundov Çanaqqala zəfərilə bağlı çıxışını əsasən bu qələbənin hərbi aspektdən təhlili üzərində qurub. Sonra F.Axundov özü hazırladığı slaydı nümayiş etdirib.

Tədbir Çanaqqala şəhidlərinə həsr olunan filmin nümayişi və Atatürk Özəl Türk Liseyi şagirdlərinin, BSU-nun və digər universitetlərin tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2009.- 17 mart .- S.7.