"Eurovision-2009"un bütün iştirakçıları müəyyənləşib
Bu ilin
mayında Rusiyanın
paytaxtı Moskvada keçiriləcək "Eurovision-2009" mahnı müsabiqəsində
iştirak edəcək
43 ölkə artıq
təmsilçisinin və
mahnıların adı
açıqlanıb. Müsabiqənin iki yarımfinalı
- mayın 12-də və 14-də, final mərhələsi isə mayın 16-da keçiriləcək. APA həmin
ölkələrin təmsilçilərinin
və mahnılarının
siyahısını təqdim
edir.
Mayın 12-də keçiriləcək birinci
yarımfinalda Bosniya və Hersoqovina, İsveç, İsrail, Belçika, Andorra, Çexiya,
Monteneqro, İslandiya,
Gürcüstan, Bolqarıstan,
Portuqaliya, İsveçrə,
Makedoniya, Finlandiya, Belarus,
Türkiyə, Rumıniya,
Malta və Ermənistan
təmsilçiləri, mayın
14-də isə Sloveniya,
Danimarka, Azərbaycan,
Niderland, Latviya, Macarıstan, Serbiya, Norveç, Ukrayna, Yunanıstan, Litva, Polşa, Xorvatiya, Estoniya, Moldova, Kipr, İrlandiya, Slovakiya və Albaniyadan olan iştirakçılar
çıxış edəcəklər.
Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və bu il yarışmaya
ev sahibliyi edən Rusiya mayın 16-da keçiriləcək
final mərhələsinə
birbaşa qatılacaqlar.
54-cü dəfə keçiriləcək
"Eurovision-2009" mahnı müsabiqəsində ümumilikdə
43 ölkə iştirak
etmək hüququ qazanıb. Ancaq Gürcüstan ötən həftə müsabiqədə iştirakdan
imtina edib.