"Prezident İlham Əliyev və mədəniyyət
(2003-2008)" kitabının elektron versiyası hazırlanıb
Mədəniyyət və Turizm Nazirliyinin növbəti layihəsi əsasında
"Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)" iki cildlik kitabın
elektron versiyası tərtib edilib. Nazirliyin mətbuat
xidmətindən verilən
məlumata görə,
iki cildlik kitab keçən ilin oktyabr ayında
ictimaiyyətə təqdim
olunub. Respublika daxilindən, eləcə
də xaricdəki təşkilatlardan, kitabxanalardan
gələn müraciətlər
nəzərə alınaraq,
kitabın elektron versiyası hazırlanıb.
Elektron kitab gözdən keçirilərkən Üzeyir
Hacıbəyovun "Koroğlu"
operasının uvertürası
səslənir.
Kitabın I cildində ölkə başçısı İlham
Əliyevin Azərbaycan
və dünya mədəniyyət xadimlərilə
görüşləri, müxtəlif
mədəniyyət müəssisələrində
olan zaman səsləndirdiyi nitq və tövsiyələri,
müsahibələri öz
əksini tapıb.
II cilddə
İlham Əliyevin mədəniyyət xadimlərinə
göndərdiyi təbriklər,
mədəniyyət sahəsində
imzaladığı fərman,
sərəncam və qanunlar, prezidentin mədəniyyət, ədəbiyyat,
tarixi-mədəni irs və milli-mənəvi dəyərlər
haqqında fikirləri
verilib. Kitabın hər iki cildində maraqlı fotoşəkillər əks
olunub.
"Prezident
İlham Əliyev və mədəniyyət
(2003-2008)" elektron kitabı
C.Cabbarlı adına
Respublika Gənclər
Kitabxanasının veb-saytının
"Elektron kitabxana"
bölməsində yerləşdirilib.
"Nurlar"
Nəşriyyat-Poliqrafiya Mərkəzində
hazırlanan elektron kitab-layihənin rəhbəri
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, buraxılışa məsul
Teymur Mehdiyev, Sevda Məmmədəliyeva,
Ədalət Vəliyev,
tərtibçilər Lətifə
Məmmədova və
Mayıl Əhmədovdur.
Nəşrin elmi məsləhətçiləri
professor Teymur Əhmədov
və hüquq elmləri namizədi Əli Eyvazovdur.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 17 mart .- S.7.